Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ: öskürək, yüksək qızdırma, boğaz ağrısı...
Baş pediatr Erkin Rəhimov son günlərdə uşaqlar arasında geniş yayılan infeksion xəstəliklərin səbəblərindən danışıb.
Publika.az-a danışan mütəxəssis qeyd edib ki, keçən il pandemiya səbəbiylə qapanmalar olduğundan uşaqlar arasında infeksion xəstəliklər bu qədər yayılmamışdı.
- Dekabrin sonu bayram ərəfəsində uşaqlar arasında xəstəlik geniş yayılıb. Valideynlərin sözlərinə görə, qızdırma və boğaz ağrısı ilə başlayır və günlərlə davam edir. Bu, hər il təkrarlanan mövsümi xəstəliklərdən seçilirmi? Valideynlər bu halda ilk növbədə nə etməlidir?
- Son vaxtlarda öskürək, çox yüksək qızdırma, boğaz ağrısı ilə özünü büruzə verən bir virus var. Bir çox xəstədə mövsümi qrip dediyimiz influenza A növünü aşkarladıq. Uşaqlardakı bu problemin hazırda bununla bağlı olduğu qənaətindəyik. Hətta böyüklərdə də görünür. Keçən il pandemiya səbəbiylə qapanmalar olduğu üçün çox görünmürdü. Artıq açılma olduğu üçün bu virus təkrar dirçəldi və yayılmağa başladı. Bu, bildiyimiz klassik qrip virusudur. Klassik qrip virusu ilə mübarizədə peyvəndlər əhəmiyyətli rol oynayır, 6 aydan yuxarı olan uşaqlara və təbii olaraq böyüklərə qoruyucu məqsədlə bu peyvənd vurula bilər. Əlavə olaraq şəxsi gigiyena, maska, təmasdan qaçmaq, əl yumağın da çox gözəl və effektiv rolları var.
Bu virusda qızdırma çox yüksək olur, müşahidələrimiz də bunu göstərir. Odur ki, qızdırma salıcı dərmanlar verilməli, uşaq isti geyindirilməməli və bol-bol maye verilməlidir. Sözsüz ki, həkim müayinəsi vacibdir. Çünki hansı dərmanların verilməli olduğunu ancaq həkim özü təyin edə bilər.
- Hansı yaş qrupu xəstəliyi xüsusilə ağır keçirir?
- Kiçik uşaqlarda daha ağır keçir və hər hansı xroniki xəstəliyi olan, xüsusən də ağciyər problemi olan uşaqlarda.
- Ümumiyyətlə, uşaqlar arasında COVID-19-a yoluxma hallarına sıx rast gəlinirmi?
- Bir müddət əvvəl daha çox idi. Hətta deyərdim ki, indi çox azalıb, lakin omikron ştamı yayılmağa başlayarsa, artım ola bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 5027 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 687 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 324 Çox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 374 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 657 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 579 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 942 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 829 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 941 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 802