Xarici vətəndaşdan narkotik alıb-satan şəxslər saxlanılıb
Xarici ölkə vətəndaşından onlayn yolla narkotik alıb, satışını həyata keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
Daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar Turqut Fətəlizadə, Fəyaz Hüseynov və Nüsrət Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı T.Fətəlizadənin üzərində daşıdığı sellofan torbaya baxış keçirilərkən 2 kq 515 qr qurudulmuş marixuana, 205 qram heroin, 352 qram tiryək, 100 qram metamfetamin ("patı") və 79 ədəd metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Fəyaz Hüseynov tanışı Turqut Fətəlizadə ilə telefonla əlaqə saxlayaraq həmin xarici ölkə vətəndaşının Göyçay rayonu Qarayazı kəndi ərazisində narkotik gizlətdiyini bildirib və onu götürüb aralarında bölməyi təklif edib.
Bu məqsədlə Turqut tanışı Nüsrət Məmmədovla birgə Şamaxı rayonuna gəlib və burada Fəyaz Hüseynovla görüşdükdən sonra birgə Göyçay rayonuna gediblər. Narkotiki əvvəlcədən bildikləri yerdən götürüb, öz aralarında bölərkən polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıblar. Onlar saxlanılarkən müqavimət göstərməyə çalışsalar da, polislərin çevikliyi nəticəsində zərərsizləşdirilərək şöbəyə gətiriliblər.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 686 Tarix: 08 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAbbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
15.08.2026 146 Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin
15.08.2026 115 Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə
15.08.2026 172 İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu
Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb. xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Engliş ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrə
15.08.2026 164 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin
15.08.2026 154 Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI
Toyların başlamasına sayılı günlər qalıb. Artıq şadlıq saraylarında yeni mövsümə son hazırlıq işləri aparılır. Ölkə.az xəbər verir ki, təxminən 2 aya yaxın müddətdir ki, toy mərasimlərinin keçirliməsində yaranan fasilə bir neçə gün sonra başa çatır. Bununla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi şadlı
00:34 95 Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib
15.08.2026 129 Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində
15.08.2026 155 XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
15.08.2026 212