"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq
İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
"İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərindən asılıdır".
Bu sözləri BiG.AZ-a açıqlama verən Dərya Tədris və Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, insanlara ən yaxşı şeyləri vermək onları mənəvi cəhətdən inkişaf etdirmək demək deyil:
"Bətində olan körpəni ana necə hiss edirsə, körpə də onu elə hiss edir. Ona görə də uşaq olmağa hazırlaşan dövrdə həmişə müəyyən musiqilərin dinlənilməsini, kitabların oxunulmasını, kədərlənməməyi və.s. məsləhət görürlər. Bunlar edildiyi zaman dünyaya gələn uşaq da həmin vərdişlərə alışıq olur.
Bəzən ana telefonla çox oynadığı zaman görürük ki, 3 aylıq uşaq da telefonu valideynlərindən də çox sevir.
Bəzi valideynlər elə bilirlər ki, uşaq universitetə hazırlaşırsa, bütün gün dərs oxumalıdır. Belə olmaz: 3 saatdan çox oxunan dərs səmərəli olmur. Valideynlərin uşaqlara "mən müəllimə pul verirəm, səni hazırlaşdırıram, sən oxumalısan" kimi sözləri deməsi düzgün deyil. Valideyn düşünməlidir ki, həmin uşağa mənəvi rahatlıq, mənəvi inkişaf lazımdır.
Bu gün biz övladlarımıza bahalı telefon alaraq, restoranlara apararaq, onları inkişaf etdirmiş olduğumuzu düşünürük. Lakin bu, heç də belə deyil. Düzür, çox gəzən çox bilər, amma uşaqlarımızı da gəzdirdiyimiz yerlərə diqqət etməliyik.
İnsanları mənəvi cəhətdən inkişaf etdirmək istəyiriksə, uşaqlarımızı inkişaf etdirməliyik. Uşaqları muzey, teatr, qoruqlara, tarixi yerlərə aparmalıyıq. İnsanın mənəviyyatı bəzən onun adət-ənənələrinə dayanır. Övladlarımızı tərbiyə etmək üçün keçmişə dönməliyik. Çünki insanın mənəvi inkişafı onun kökünə dayanır. İnsanlara ən yaxşı maddi şeyləri vermək onları mənəvi cəhətdən inkişaf etdirmək demək deyil.
Bu gün xidmət səviyyələri "sıfır" olan 700-800 manatlıq bağçalar var. Burada uşaqlara "Montessori təlimi"ndən başqa heç nə öyrətmirlər. Bu təlimin əsasında isə odur ki, uşaq özü nələrisə kəşf edir. Halbuki uşaqların normal inkişafı varsa, bu şeyləri evdə də edə bilər. Ona görə də, bu gün vacib olan uşaqların əlindən planşeti, telefonu alıb, televizora müəyyən bir hədd qoyaraq faydalı alışqanlıqlar yaratmaqdır. Uşaqları mənəvi cəhətdən inkişaf etdirmək istəyən valideynlər öz köklərini, dəyərlərini yaxşı bilməlidir. Bunlar çox önəmlidir. Uşaqlar bütün gün dərs oxumaq məcburiyyətində deyillər. Müəyyən vaxtlar ayrılmalıdır ki, uşaq həmin vaxtlarda dərs oxusun, qalan zaman isə istirahət etməlidir".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Samirə Qasımova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 566 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir
ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər
10:20 156 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 295 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
18:22 0 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 238 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
18:15 16 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
19:45 1