Təhsil proqramlarının hazırlanmasında hansı yeniliklər lazımdır? - AÇIQLAMA
İstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
"2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra təhsilin müəyyən pillələri və növləri üzrə hüquqi sənədlərdə ciddi şəkildə boşluq var".
Bu sözləri BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, kurikulum sistemi köhnəlib, yeni təhsil standartları üzərində işləmək lazımdır:
"Xüsusən də orta təhsil məktəblərinin, maddi-texniki bazanın idarə edilməsində, ali təhsil müəssisələrində semestr qiymətləndirilməsində normativ hüquqi aktlarda ciddi problemlər var. Bəzi vəzifələrin tutulması, vəzifə müddəti ilə bağlı problemlər var. Zaman-zaman kurikulum standartları ilə müasir standartlara uyğun tədris qurmaq istəyəndə başa düşdük ki, bizim hüquqi sənədlərimizdə boşluqlar bizə keyfiyyətli təhsili təşkil etməyə mane olur. Ona görə də normativ hüquqi aktlarda birmənalı şəkildə dəyişiklik yaranmalı idi. Biz tədris proqramları, xüsusən tədrisin həyata keçirilməsi ilə bağlı ciddi boşluqların şahidi oluruq. Hesab edirəm ki, Azərbaycanda yeni təhsil standartlarına uyğun tədris proqramlarının qurulmasına böyük ehtiyac var.
2009-cu ildə "Təhsil haqqında" qanun və 2011-ci ildə orta ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsi yeni tədris resurslarının yaradılmasını zəruri edirdi. Çünki biz 2008-ci ildə kurikulum standartlarına uyğun tədris prosesini təşkil etməyə başlamışıq. Məlum olub ki, bizim bu formatda təhsili təşkil etməklə bağlı ciddi problemlərimiz var. Əsas problem isə bundan ibarətdir ki, sözügedən tədrisi həyata keçirə biləcək müəllim kontingentimizin olmaması, məktəbdaxili qiymətləndirmə normativinin olmaması yeni standartların və proqramların işlənməsini qaçılmaz edir. Biz kurikulum tədris sisteminə keçsək də, etiraf edək ki, kurikulum bizdə müasir tələblərə cabvab vermir. Ona görə də mütləq şəkildə kurikulumun yeni standart və tələblərini dəyişməliyik.
Təhsil proqramları 2013-cü ildə Prezident tərəfindən qəbul edilən təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olmalıdır. Bu gün müasir dövrün tələbləri təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub".
Samirə Qasımova
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 416 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
11.11.2026 258 TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir
11.11.2026 254 Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik
İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə
11.11.2026 132 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
11.11.2026 276 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
11.11.2026 160