"Ölkəmizdəki islahatlar siyasətin təkmilləşdirilməsinə vacib töfhələr verir" - Deputat

"Ölkəmizdəki islahatlar siyasətin təkmilləşdirilməsinə vacib töfhələr verir" - Deputatİstiqamət: İctimai və dövlət maraqlarının qorunması

"İctimai və dövlət maraqlarının müdafiəsinə töfhə verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi və bütün azadlıqların təmin edilməsidir".

Bu sözləri BiG.AZ-a açıqlama verən millət vəkili Vüqar İskəndərov deyib.

O bildirib ki, ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasətin təkmilləşdirilməsinə vacib töfhələr verir:

"Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi və iqtisadi islahatları aparmaq əzmindədir. Həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.

Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanıb. Amma müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir göstərə bilir.

İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən dövlətdir.
Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları, icmalar və s. hüquqi imkanların və ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirir. Bura ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi baza təkmilləşdirilməsi, monitorinq məsələləri də daxildir.

Azərbaycanda ictimai və milli maraqların təmin olunması prioritet məsələlərdən biridir. Bütün bəşəri, milli dəyərləri qoruyan Azərbaycan Respublikasında dövlət maraqları, ictimai maraqlar prioritetdir. Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini,
həmçinin cəmiyyətin tərrəqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Onu da qeyd edək ki, Azərbaycanın dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasına söykənir. Ümummilli liderin irəli sürdüyü bu konsept dövlət cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları öz ətrafında birləşdirir, zəruri güc və bir zəmin rolunu da oynayır. Bu zəmin əsasında da inkişaf etməkdə olan müasir hüquqi milli dövlət quruculuğu siyasətində "Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipi həyata keçirilir.

Dünyada 4000-ə yaxın xalq olduğu halda 300-ə yaxın dövlət var. Azərbaycan o xoşbəxt xalqlardandır ki, onun suveren dövləti var. 50 milyondan artıq azərbaycanlını ətrafında birləşdirir və ölkəmizin lideri, cənab Prezident dünyada xüsusi çəkisi olan sayılıb-seçilən ölkə rəhbərlərindən biridir. Azərbaycan dövləti Azərbaycan lideri ətrafında 120 ölkənin "Qoşulmama hərəkatı"na uğurla sədrlik edir. Təsadüfi deyil ki, 120 ölkə Azərbaycanın sədrliyinin 1 il daha uzadılmasını təklif etdi və Azərbaycan bunu qəbul etdi.

Yəni bu, artıq ölkəmizin həm də dünyada söz sahibi olması anlamına gəlməlidir. Cənab Prezidentimizin bu hərəkatın sədri olduğu halda artıq qlobal məsələlərdə beynəlxalq hüquqi ədalətin qorunması, vaksinlərin ədalətli bölünməsi, BMT-nin xüsusi iclasının çağırılması və bu məsələlərin hər birinin artıq Azərbaycan liderinin dilindən səslənməsi həm də bizim ümumbəşər dəyərlərə sadiq ölkə olmağımıza bariz nümunədir.

Ölkəmiz qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu hədəflərə çatır. Bu yolun gedilməsi davamlıdır. Ölkəmizdə azad, demokratik cəmiyyətin qurulması müstəqillik illərində qazanılan ən böyük uğurlardan biri kimi qiymətləndirilməlidir".

Samirə Qasımova

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Ölkəmizdəki islahatlar siyasətin təkmilləşdirilməsinə vacib töfhələr verir" - Deputat


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 284   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tale Heydərov anası ilə şəklini paylaşdı

Avqustun 13-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz xanımın ad günü olub. "Qafqazinfo" xəbər verir ki, nazirin oğlu Tale Heydərov sosial şəbəkə hesabında 64 yaşı tamam olan anası ilə fotosunu paylaşıb. Qeyd edək ki, "Qəbələ" idman klubunun keçmiş prezident

14:14 167
.

İran XİN rəhbəri: 60 günlük müddət qüvvədən düşüb

İranın Xarici İşlər üzrə sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə razılığa gəlmək üçün verilən 60 günlük müddət Vaşinqtonun "pozuntuları" səbəbindən qüvvədən düşüb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimo

11:47 150
.

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca

11:10 206
.

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)

Bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar. Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirili

14:26 100
.

Yaponiya-Rusiya arasında ərazi mübahisəsi yenidən alovlandı

Yaponiya ilə Rusiya arasında uzun illərdir davam edən Kuril adaları mübahisəsi yenidən diqqət mərkəzinə gəlib. The Guardian yazır ki, Vladimir Putinin bölgəyə səfəri 150 ilə yaxın tarixə malik ərazi mübahisəsini yenidən gündəmə gətirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, mübahisə əsasə

14:32 115
.

Trampın qərarı ABŞ-ın müttəfiqlərini qorxudur, Çin və Şimali Koreyanı cəsarətləndirir

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə qərarı Asiyada və digər regionlarda ABŞ-ın maraqlarına zərər vura bilər. xəbər verir ki, bu barədə Corc Buş administrasiyasında Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsində çalışmış Denni Rasse

11:18 137
.

Problemli kreditlər 36 faizdən çox artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artsa da, borcların vaxtında qaytarılması ilə bağlı problem də böyüməkdədir. Son statistik məlumatlar ölkədə problemli kreditlərin həcminin son bir ildə 36 faizdən çox artdığını göstərir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, vaxtı keçmiş kreditləri

12:35 143
.

Amputasiya edilmiş ayaqları bərpa etdilər - Çində unikal əməliyyat

Çində cərrahlar unikal əməliyyat həyata keçirərək xəstənin amputasiya edilmiş ayaqlarını yerinə bərpa ediblər. "Qafqazinfo" "China Press" nəşrinə istinadən xəbər verir ki, bu, dünyada bud nahiyəsindən aşağı ətrafların ilk uğurlu replantasiya əməliyyatıdır. Məlumata görə, 51 yaşl

12:35 164
.

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb

12:09 184
.