"Bizə unutmayacağımız hədiyyə bəxş etdiniz"

"Bizə unutmayacağımız hədiyyə bəxş etdiniz"Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Axşam.az xəbər verir ki, sənət aləminin tanınmış simaları ölkə başçısı ilə bağlı paylaşım edərək bunları yazıblar:

Xalq artisti Aygün Kazımova paylaşımına "Müzəffər Ali Baş Komandan, doğum gününüz mübarək" sözlərini qeyd edib.

Xalq artisti Brilliant Dadaşova video təbrikində "Cənab Prezidentimizi ad günü münasibətilə təbrik edirəm. Deyirəm ki, sizi sevirik, sizinlə fəxr edirik. Hər zaman başımızın üstündə var olmanızı diləyirik" sözlərini söyləyib.

Xalq artisti Nəzakət Teymurova təbrik mesajında bu sözləri yazıb: "Müzəffər Ali Baş Komandan, ad gününüz mübarək! Sizə Allahdan uzun ömür, can sağlığı arzulayıram. Yaşayın və Azərbaycanımızı daha da yüksəklərə aparın. Biz sizə inanırıq".

Xalq artisti Zülfiyyə Xanbabayeva "Əməli ilə tarixi yazan Ali Baş Komandan! Cənab Prezident İlham Əliyev, ad gününüz mübarək" sözləri ilə ölkə başçısını təbrik edib.

Əməkdar artist Abbas Bağırov "Cənab Ali Baş Komandan, möhtərəm Prezident, sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə ilk öncə can sağlığı, gələcək işlərinizdə uğurlar arzu edirik. Siz Azərbaycanımızın böyük sərkərdəsi, böyük tarix yazan çox hörmətli Prezidentisiniz. Bir daha ürəkdən təbrik edirik, doğum gününüz mübarək, Cənab Prezident" deyə, paylaşımında qeyd edib.

Xalq artisti Röya Ayxan təbrik paylaşımına bunları yazıb: "Bizə zəfər qazandıran Ali Baş Komandan! Mən bir vətəndaş, övlad, ana, Xalq artisti olaraq sizi təbrik edirəm. Siz bizə həyatımız boyu unutmayacağımız bir hədiyyə bəxş etdiniz. O hədiyyə ki, hər kəsi qürurlandırdı, fərəhləndirdi. Sizi sevirəm, bu, hər zaman belə davam edəcək. Xoşbəxt, sağlam və daim bizimlə olun".

Xalq artisti Faiq Ağayev də təbrik mesajını sosial şəbəkədə yayımlayıb: "Ad gününüz mübarək, əziz Cənab Prezident! Vətənimizə, xalqımıza şanlı Qarabağ Zəfərini yaşatdığınız, milli iftixar hissimizi yenidən parlatdığınız üçün adınız tarixdə Böyük Sərkərdə, Qarabağ Xilaskarı, Qurucu İlham olaraq əbədi yaşayacaqdır. Bu ümman boyda səadəti Azərbaycana bəxş etdiyinizə görə rəhbərlik etdiyiniz şanlı Ordumuza və şəxsən sizə minnətdaram, qüdrətli Ali Baş Komandanım. Sizinlə qürur duyuram! Allah sizə yar və yardımçı olsun".

Müğənni Günay İbrahimli paylaşımında "Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları, sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bizə - Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyiniz, bizə qələbə sevinci yaşatdığınız üçün minnətdarlığımı bildirirəm. Uca tanrı hər zaman sizi qorusun. Doğum gününüz mübarək".

Xalq artisti Firəngiz Mütəllimova "Əziz prezident, yubileyiniz mübarək. Qarabağa çəkdirdiyiniz Zəfər yolu sizi daim yeni uğurlara və zəfərlərə aparsın. Var olun, yaşayın..." sözləri ilə Ölkə başçısını təbrik edib.

"Nə qədər tərif desək də Ali Baş Komandana yenə azdır. Xalqımın canı, qanı... Bu əsrin qəhrəmanı. Şanlı tariximizdə yeni tarix yaratdı. Yeni tarix də yazdı. Doğum gününüz mübarək, tarixə imza atan Ali Baş Komandan! Allah sizə sağlam can, uzun ömür qismət eləsin. Allah sizi, ailənizi hər an qorusun" deyə, Xalq artisti Məleykə Əsədova paylaşımında yazıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1346   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 97
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 206
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 200
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 188
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 186
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 150
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 195
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 295
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 245
.