"Cənab Prezident İlham Əliyev ilə bizi hər zaman parlaq gələcək gözləyir" - Emil Əkbərov

"Cənab Prezident İlham Əliyev ilə bizi hər zaman parlaq gələcək gözləyir" - Emil Əkbərov"Cənab Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoydu. Bundan başqa, məhz Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi".

Bunu Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin rəhbəri Emil AkbArov söyləyib.

O, qeyd edib ki, cənab Prezident dövlət başçsı seçildiyi gündən bu günə kimi qarşıya qoyduğu bütün hədəflərə çataraq və xalqımıza verdiyi sözləri tutaraq Azərbaycanı hər sahədə böyük uğurlar qazanan ölkə kimi regionun güc mərkəzinə çevirdi:

"Nəticədə də regionda həyata keçirilən bütün qlobal layihələr məhz Azərbaycanın razılğından sonra keçirilməklə yanaşı, həm də bir sıra böyük proyektlər Azərbaycanın maliyyə imkanları nəticəsində baş tutdu.

Kiçikdən böyüyə qədər bütün azərbaycanlıların sevgisini, inamını qazanan Ali Baş Komandan 17 il ərzində hər biri sahədə apardığı islahatlar, xüsusi ilə ordumuzun maddi-texniki bazasının artırılması istiqamətində atdığı addımlar sayəsində 30 illik işğala son qoyaraq müdrik və güclü Lider kmi adını tarixə qızıl hərflərlə yazdırdı.

Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan və onun qurduğu Şanlı Azərbaycan Ordusu erməni mifini dağıtdı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın Vətən müharibəsində istifadə etdiyi döyüş metodları dünya hərb tarixində yeni səhifə açdı və müharibələrin gedişatını dəyişdi. Bu gün isə qarşıda duran hədəflər Qarabağı yenidən regionun cənnət məkanına çevirməkdir".

Emil Əkbərov vurğulayıb ki, son bir neçə gündə cənab Prezidentin maaşların, pensiyaların, müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncam və fərmanlar bir daha onun yürütdüyü siyasətinin mərkəzində vətəndaşlarımızın rahat və təhlükəsiz şəkildə yaşamasını təmin etmək olduğunu sübut etdi:

"Pandemiya dövründə xüsusilə də sosial vəziyyəti aşağı olan vətəndaşlara bir neçə ay dövlət tərəfindən maddi yardımların edilməsi dövlət siyasətinin əsasının hər bir azərbaycanılının sağlam və firəvan yaşaması olduğunu bir daha ortaya qoydu.

Ən önəmlisi isə odur ki, 2018-ci ildə cənab Prezident İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra aparılan islhatlar sayəsində Azərbaycan yeni mərhələyə qədəm qoydu. Belə ki, qısa müddət ərzində ölkədə bütün sahələri əhatə edən islahatlara start verildi, dövlət institutlarının müasir çağırışlara cavab verməsi üçün dəyişikliklər aparıldı, korrupsiyaya qarşı mübarizə gücləndirildi və regionlardakı idarəetməyə diqqət daha da artırıldı.

Dövlət başçısının 3 ildə apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi istiqamətində qurmaları ilə bağlı qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaradıb. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin fəaliyyətlərinin təkmilləşməsinə nail oldu.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son 3 il ərzində ölkədə struktur dəyişiklikləri ilə eyni vaxtda kadr islahatları və rüşvətxorluğa qarşı mübarizə də geniş miqyasda davam edir.

Aparılan dəyişikliklər nəticəsində, modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların mərkəzi və regional orqanlara təyin edilmələrinin şahidi oluruq. Təbii ki, cənab Prezident tərəfindən aparılan daxili, xarici siyasətin başlıca məqsədi hər bir Azərbaycan vətəndaşının daha da yaxşı yaşaması, ölkəmizin iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi və dünyada rolumuzun, əhəmiyyətimizin artmasıdır. Əminəm ki, cənab Prezident İlham Əliyev ilə bizi hər zaman parlaq və hər bir sahədə uğurlu gələcək gözləyir.

Fürsətdən istifadə edərək, 44 günlük Vətən müharibəsində bizə möhtəşəm qələbə sevincini yaşadan Ali Baş Komandanı təbrik edir, ona can sağlığı və Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1244   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 97
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 206
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 200
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 188
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 186
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 150
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 195
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 295
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 245
.