Təhsil naziri: "Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var"

Təhsil naziri: "Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var""Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Biz hər zaman problemlər haqqında ya emosional, ya da strukturlaşmış təhlil yönümündən danışa bilərik".

"Report" xəbər verir ki, bunları təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, istənilən təhsilin keyfiyyətinin yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda görünən şagird nailiyyətləridir: "Burada iki yaxşı xəbər var: yaxşı ondan ibarətdir ki, həmin cədvəllərdə yuxarı sıralarda olmasaq da, bütün tədqiqatlarda iştirak edirik. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bütün beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Qoşulduğumuz bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir".

O, qeyd edib ki, ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxdıqda 5, 10, 15 illik perspektivdə Azərbaycan şagirdlərinin nailiyyətlərində müsbət dinamika var: "Bunun yeganə əksik arqumenti ola bilər ki, kimsə bu rəqəmlərə baxıb göstərir ki, bu belə deyil. Lakin bir misal çəkim - Azərbaycan ölkə olaraq 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi.

Eyni zamanda görürük ki, arzu etdiyimiz səviyyədən nə qədər uzaqda olduğumuzu göstərir. Ən vacibi isə niyə uzaqdayıq sualıdır. Niyə uzaqda olmağımızın da cavabını bilirik. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü məktəbdaxili mühitdə məzmun problemimiz var".

Onun sözlərinə görə, dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla vacib hesab edilən və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var: "Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları bilib görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq. Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. Tez nəticə görmək mümkün deyil. Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik. Eyni zamanda son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı düşüb deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2588   Tarix: 23 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 97
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:04 206
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 200
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 188
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 186
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 150
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 195
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 295
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 245
.