Depressiyaya səbəb olan qidalar - FOTO
Depressiya və piylənmənin inkişaf riskini azaltmaq üçün qida rasionuna bəzi məhdudiyyətlər qoyulmalıdır.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Anastasiya Tarasko istehlakı insanda depressiyaya səbəb ola bilən məhsullar barədə danışarkən xəbərdarlıq edib.
Mütəxəssis müxtəlif çörək və qənnadı məmulatları kimi tez həzm olunan karbohidratlarla zəngin qidalardan imtina etməyi məsləhət görür.
"Bu məhsullar insan bədəninə daxil olduqda, qanın kəskin doyması baş verir, ancaq bundan sonra da onlar orqanizmi sürətlə tərk edirlər, buna görə əhvalda kəskin dəyişiklər olur, yüngül depressiya baş verir, həmçinin başqa bir şey yemək istəyi başlayır", - deyə həkim izah edib.
Onun sözlərinə görə bu artıq çəki kimi məlum nəticələrinə gətirib çıxarır, həmçinin bir çoxlarının hesab etdiyi kimi, depressiyanı nəinki azaldır, əksinə daha da artırır.
"Pəhrizinizi triptofan olan qidalarla zənginləşdirin və əla nəticələr əldə edin", - deyə Tarasko sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, triptofan - bədənimizin özbaşına serotonin (xoşbəxtlik hormonunu) istehsal edə bilməsi üçün vacib amin turşusudur. Ancaq triptofanın özü bədənimizdə istehsal olunmur, onu qidadan almaq lazımdır. O əsasən şokolad, pendir, ət, qoz-fındıq, soya, balıq və dəniz məhsulları, göbələk, yumurta və sair bu kimi məhsulların tərkibində olur.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1721 Tarix: 23 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKörpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724