Baş nazirdən YENİ QƏRAR

Baş nazirdən YENİ QƏRARSel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar.sığorta Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar imzalanıb.

Belə ki, müvafiq dəyişikliklə aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaqdır.

Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulmuşdur.

Belə ki, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaqdır.

Qeyd edək ki, ilk aqrar sığorta müqaviləsi 2020-ci il noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanıb. 2021-ci ilin iyunun 29-da isə Göygöl rayonunda ilk sığorta ödənişi həyata keçirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1225   Tarix: 22 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 165
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 166
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 432
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 187
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 97
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 177
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 325
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 244
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 207
.