Milli Məclisin iclaslarında "qaib" alan deputat varmı?
Milli Məclisin komitə və plenar iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatlara görə parlamentdaxili cəza nəzərdə tutulur.
Bu, Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.
Deputat üzrsüz səbəbdən parlamentin plenar və komitə iclaslarında azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etmədikdə onun işinə İntizam Komissiyası baxır.
Prosedur belədir ki, əgər belə hal olarsa, Milli Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir.
İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Bəs belə deputatlar varmı?
Milli Məclisin İntizam Komissiyasının katibi Nurlan Həsənov mövzu ilə bağlı Oxu.Az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, hər hansı bir deputat həmkarına iclaslarda üzrsüz səbəbdən iştirak etmədiyinə görə xəbərdarlıq edildiyinin şahidi olmayıb.
Nurlan Həsənov bildirib ki, hər hansı deputat Milli Məclisin iclasında üzrsüz səbəbdən belə olsa iştirak edə bilməyəcəksə, qabaqcadan parlament sədrindən icazə almalıdır.
"İcazə alan deputat Milli Məclisin iclasında iştirak etmədikdə bu, üzrlü səbəb sayılır. Əgər hər hansı deputat plenar iclaslarda və ya üzv olduğu komitə və komissiya iclaslarında üzrsüz səbəbdən iştirak etməzsə bu, parlamentdaxili məsuliyyətə səbəb olur", - deyə, o, əlavə edib.
Qeyd edək ki, üzrsüz səbəbdən parlamentin iclaslarına qatılmayan deputatların adları "Azərbaycan" qəzetində ictimailəşdirilməlidir.
Dəqiq fikir yürütmək çətindir. Amma məntiqlə iki nəticə çıxarmaq olar:
1. Ya, Milli Məclisin iclaslarına qatılmayanların hamısı üzrlü səbəbləri əsas gətirir,
2. Ya da üzrsüz iştirak etməyənlərin adları açıqlanmır.
Bildirək ki, "Azərbaycan" qəzeti ən azından VI çağırış Milli Məclisin fəaliyyəti dövründə belə siyahı yayımlamayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 824 Tarix: 22 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSentyabrda yay geri qayıdacaq? - Hava ilə bağlı AÇIQLAMA
"Havanın əvvəlki illərlə müqayisədə daha tez sərinləşməsi və payız əhval-ruhiyyəsinin hiss olunması bir çox insanda yay havasının yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suallar doğurur. Meteoroloji qanunauyğunluqlara və uzunmüddətli iqlim proqnozlarına əsasən, sentyabr ayında havaların yenidə
00:24 265 "Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi
İspaniya hökuməti Seutaya kütləvi miqrant axınından bir neçə həftə əvvəl dəniz yolu ilə gələnlərin sayının kəskin artmasının mümkünlüyü barədə xəbərdar edilsə də, lazımi tədbirlər görməyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sərhəd xidmətinin əməkdaşları v
15.08.2026 166 Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
15.08.2026 170 Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"
Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"
15.08.2026 166 Çin Şimal Dəniz Marşrutu ilə Avropaya həftəlik reyslərə başlayıb
Çinin "Sealegend Shipping" gəmiçilik şirkəti Şimal Dəniz Marşrutu ilə Avropaya müntəzəm həftəlik reyslərə başlayıb. "Report"un Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, avqustun 15-də Ninbo-Çjouşan limanında yeni marşrutla Avropaya yola düşəcək "Dubai Tower"
12:50 0 Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin
15.08.2026 190 "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni şaxta qurulur
"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb". Bunu -a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, şaxta "Nizami"
15.08.2026 152 XƏBƏRDARLIQ! Ayrı-ayrı yerlərdə leysan xarakterli YAĞIŞ YAĞACAQ - PROQNOZ
Yaxın iki gün ərzində - avqustun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyini
15.08.2026 212 Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 172