Gömrük postunun rəisi uşaqlıq dostuna qarşı 192 min manatlıq dələduzluq edib

Gömrük postunun rəisi uşaqlıq dostuna qarşı 192 min manatlıq dələduzluq edibBakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Samir Məmmədov, Azər Orucov və Cavidan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədovla C.İbrahimova şərti cəza verilib, A.Orucov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Məmmədov Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyərkən, öz qulluq mövqeyindən sui-istifadə edib və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, o, digər şəxslərlə birlikdə qabaqcadan əlbir olaraq, 2020-ci ildə uzun müddət dostluq münasibətlərində olduğu, biznes fəaliyyəti ilə məşğul olan şəxsin ümumilikdə 192 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək aralarında bölüb.

İttiham aktına qeyd edilib ki, S.Məmmədov tanışına onun şirkətinə məxsus 6 ünvanda yerləşən 2 150 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin tikilinin yerləşdiyi 2 hektar həcmdə torpaq sahəsinin sənədləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması vədini verib. Daha sonra o, vədinə əməl etməyib.

Məhkəmədə dindirilən S.Məmmədov ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, 1991-ci ildən uşaqlıq dostu olan zərərçəkmişlə ortaq biznes fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən Dövlət Gömrük Komitəsində işə başlayıb və rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən 2020-ci ilin oktyabr ayınadək Dövlət Gömrük Komitəsinin idarələrinin birində rəis, 2020-ci ilin oktyabr ayından isə Astara dəmiryolu gömrük postunda rəis vəzifəsində işləyib.

İstintaq orqanları tərəfindən təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Günəş vannası qəbul edən gənc qadının dərisi qaraldı: Ölümcül xəstəliyin əlaməti imiş

29 yaşlı britaniyalı Porru Qay dərisinin qeyri-adi şəkildə qaraldığını görüb. Sonradan məlum olub ki, bu, ciddi xəstəliyin əlaməti imiş. xəbər verir ki, gənc qadının başına gələn hadisə barədə "Daily Mirror" nəşri yazıb. Məlumata görə, Porru Qay ailəsi ilə birlikdə İspaniyada istirahətdə olarkə

13:30 117
.

Kartdan-karta ianə köçürmələri dayandırılır? - AÇIQLAMA

Avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasə

00:07 211
.

Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə

00:38 335
.

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polis

13:40 103
.

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ

Bakıda 2, 10, 20 və 88A nömrəli marşrutların bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsi

15.08.2026 258
.

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat

13:50 100
.

Pensiyalar neçə faiz artacaq? - Minimum RƏQƏM BƏLLİ OLDU

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur. Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir

00:11 229
.

Metroda illərdir gözlənilən reallaşır: Xətlərin ayrılması nəyi dəyişəcək?- DETALLAR

Bakı metrosunda illərdir gözlənilən dəyişiklik artıq başlayıb. Bu gündən etibarən "28 May"Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması məqsədilə həyata keçirilən layihə çərçivəsində yeni tunellərin inşası nəzərd

10:45 173
.

ABŞ-də "Claude" süni intellekt modeli menecer kimi əməkdaşı işdən çıxarıb

ABŞ-də "Claude" süni intellekt modeli ilk dəfə olaraq real işçilərin meneceri kimi çıxış edib və onlardan birini işdən çıxarmaq qərarına gəlib. "Report"un "Time" jurnalına istinadən məlumatına görə, təcrübə "Andon Labs" tədqiqat startapı tərəfindən aparılıb. "Claude"

11:45 133
.

TOP MP3