Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTOSon 10 ildə Cənubi Koreya dünyada müxtəlif səbəblərdən müzakirə olunub.

Məsələn, müğənni PSY və onun "Gangnam Style" treki "YouTube"da izləmə rekordu qırıb, "K-Pop" musiqi janrı görünməmiş populyarlıq qazanıb, Koreya kosmetikası bazarı ələ keçirib, "Parazitlər" filmi 4 "Oscar" mükafatına layiq görülüb, "Squid Game" adlı ekran əsəri isə "Netflix" platforması tarixinin ən populyar serialı olaraq dünyaya səs salıb.

Lakin Cənubi Koreya sakinlərinin gündəlik həyatı, mentaliteti barədə az adamın xəbəri var.

BiG.AZ xarici mətbuata istinadən bu ölkədə adi hesab olunan, lakin xariciləri təəccübləndirə biləcək maraqlı faktları təqdim edir.

1. Burada qadın bezlərini məşhur KİŞİLƏR reklam edir. Çox güman ki, marketoloqlar onların populyarlığı sayəsində qadın auditoriyasını cəlb etməyə çalışırlar.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTOReklam çarxını izləmək üçün keçid edin:

2. Hamamlarda pərdə olmur. Koreyalılar bunu gigiyena ilə əlaqələndirilər: onların fikrincə, həmin pərdələrdə kif və müxtəlif bakteriyalar yaranır.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO3. Ümumi tualetlərin girişində xüsusi elektron tablolar asılır. Buradan hansı kabinənin boş olduğu görünür. Əksər hallarda bu cür tualetlər turistlərin çox olduğu ərazilərdədir. Bu yolla 600-2000 adam eyni vaxtda tualetdən istifadə edərkən növbə problemi daha tez həll olur.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO4. Valideynlər körpəlikdən uşaqlarına parçadan olan, nəmləndirici üz maskaları alırlar. Beləliklə, uşaqlar yeriməyi öyrənmədən öncə üz baxımı etməyi öyrənirlər.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO5. Ümumi qadın tualetlərində iki ölçüdə unitazlar olur. Onlardan balacası uşaqlar üçün nəzərdə tutulub.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO6. Süni dırnaq dəstləri manikür və "gel-lak"a sərf edilən vaxta qənaət etməyə kömək edir. Onların qiyməti 5 dollardan başlayır.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO7. Restoranların tualetində ağız yaxalamaq üçün maye olur. Koreyalılar ağız gigiyenasına çox diqqət etdiklərindən, hər yeməkdən sonra əl altında olan bütün vasitələrlə ağızlarını təmizləyirlər.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO8. Burada tualetdə düz unitazın yuxarısında, yaxud güzgünün yanında duş qoyulur və otaq eyni zamanda hamam kimi istifadə olunur. Bu arada heç bir pərdə, arakəsmə qoyulmur. Yerli əhali buna təəccüblənməz, amma gəlmələr, turistlər hamamda hər şeyin yaş olmasına alışmalıdırlar.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO9. Gigiyena və gözəlliyə gəlincə, yerli sakinlər hər şeyi ən kiçik detaladək düşünürlər. Məsələn, buradakı dükanlarda dil təmizləmək və baş yumaq üçün xüsusi daraq da tapmaq olar.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO10. Cənubi Koreyada addım başı ümumi tualetlərə rast gəlmək olar. Özü də, əksər vaxt bu məkanlar çox təmiz və pulsuzdur, içəridə isə lazımlı hər şey olur.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO11. Burada bütün hamamı bir vasitə ilə təmiləmək olur. Bunun üçün xüsusi köpüklü spreylər satılır. O, hamam otağının bütün səthinə (divarlar, güzgü, santexnika və s.) çəkilir, sonra su ilə yuyulur. Lakin təmizlikdən öncə bütün gigiyena vasitələrini otaqdan çıxartmaq lazımdır.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO12. Burada uşaqlar üçün "qorşok"lar böyüklərin unitazlarına çox bənzəyir. Hətta suyu buraxmaq üçün xüsusi düyməni basdıqda su səsi gəlir.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTO13. Cənubi Koreyada ticarət mərkəzlərində uşaqları bələmək, altını dəyişmək üçün xüsusi otaqlar olur. Rahat interyerdən əlavə, bura lazımi hər şeylə təchiz olunub: istifadə olunmuş uşaq bezlərini atmaq üçün paketlər, kağız dəsmallar və uşağı yumaq üçün çanaqlar. Amma bu, hələ hamısı deyil. Ticarət mərkəzlərində rahat stullar və yastıqlarla təchiz olunmuş süd vermə otaqları da mövcuddur, kənarında isə mini-mətbəx quraşdırılıb və buradakı mikrodalğalı sobada körpənin yeməyini qızdırmaq olar. Bütün bunlar tamamilə pulsuzdur.

Cənubi Koreyada bu şeylər adi olsa da, xariciləri MAT QOYUR - FOTOBəs sizcə, yuxarıda sadalananlardan hansını bizim ölkədə də tətbiq etmək yaxşı olardı?

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2039   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 304
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 288
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 324
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 724
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 322
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 697
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 642
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 405
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 289
.