"BioNTech"in baş direktoru açıqladı: "Omikron"a yoluxacaqlar, lakin ... - VİDEO

"BioNTech"in baş direktoru açıqladı: "Omikron"a yoluxacaqlar, lakin ... - VİDEOTürkiyəli professor Uğur Şahin: "Peyvənd olunmayan insanlar daha ciddi fəsadlarla üzləşə bilər"
Koronavirusun "Omikron" variantının getdikcə bütün dünyaya təsir etməsi səhiyyə təşkilatlarında qorxu yaratmağa başlayıb.

"BioNTech"in baş direktoru və həmtəsisçisi Uğur Şahin verdiyi açıqlamada variantın malik olduğu mutasiyalar səbəbindən peyvənd edilmiş insanların da yoluxa biləcəyini, lakin onlarda virusun ciddi fəsadlara səbəb olmayacağını söyləyib. U. Şahin yeni Covid-19 peyvəndinə ehtiyac olacağını da vurğulayıb.

Məlumat verək ki, 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində müşahidə olunan Covid-19-a yoluxanların sayı dünya üzrə 260 milyonu keçdiyi halda, epidemiyadan ölənlərin sayı 5,4 milyonu keçib.

Uğur Şahin yeni varianta yoluxanlar haqqında geniş izahat verib: "Çox sayda mutasiyaya uğramış variantımız var. Düşünürük ki, "Omikron" antikorlardan yayına bilər. Peyvənd edilmiş insanlara və daha əvvəl Covid-ə yoluxmuş insanlara keçə bilər. Bu, aydındır. Lakin yeni variantın peyvənd olunmuş insanlarda ciddi xəstəliklərə səbəb ola biləcəyi bəlli deyil. Peyvənd edilmiş insanların ciddi xəstəliklərdən qorunub-qorunmayacağı da aydın deyil. Bununla belə, peyvənd edilmiş insanların ağır xəstəliklərdən qorunacağına ümid edirik. Peyvənd olunmayan insanlar daha ciddi fəsadlarla üzləşə bilər".

Türkiyəli professor "omikron" haqqında araşdırmalarının yaxın həftələrdə nəticələrini əldə edəcəklərini də açıqlayıb:

"Yeni variant gözlədiyimdən tez ortaya çıxdı. Hazırda biz bir neçə həftə ərzində yeni variantın real nəticələrini gözləyirik.
Biz əminik ki, gücləndirici dozaları da qəbul edən insanlar ciddi xəstəliklərdən qorunacaqlar. Bunu bir neçə həftəyə dəqiqliyi ilə öyrənəcəyik".

"BioNTech"in qurucularından biri olan alim Özlem Türeci də konfransda məsələ ilə bağlı fikirlərini bildirib: "Ən böyük hədəflərimizdən biri peyvəndləri yoxsul ölkələrə və kənd yerlərinə göndərməkdir. Kasıb və inkişaf etməkdə olan ölkələr üçün xüsusi həllər istehsal etməyə çalışırıq. Hər kəs bununla bağlı bizə qoşula, qeyd etdiyimiz ərazilərə peyvənd çatdıra bilər. Covid-19-dan əlavə, xərçəng də dünyanı təsir altına alan bir pandemiya sayılır. Potensial xərçəng peyvəndimiz üzərində də işlərimizi davam etdiririk".

Qeyd edək ki, "BioNTech" koronavirus vaksini üzərində işi ABŞ-ın "Pfizer" şirkəti ilə birgə aparır. Ona görə də bu peyvəndin adı dünya mediasında "Pfizer"- "BioNTech" kimi hallanır. Uğur Şahin və Özləm Türəci "BioNTech" şirkətinin əsasını birlikdə qoyublar. Yəni onlar bu şirkətin sahibidirlər. Amma cütlüyün şirkətdə konkret vəzifələri də var. Uğur Şahin "BioNTech"in baş direktoru, Özləm Türəci baş həkimidir./Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1709   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 262
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 242
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 332
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 390
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 411
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 378
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 265
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 221
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 413
.