"Qaraheybət" şəhidi Elmir Həsənovun atası: "Oğlum 7 medalla təltif edilmişdi" - FOTO

"Qaraheybət" şəhidi Elmir Həsənovun atası: "Oğlum 7 medalla təltif edilmişdi" - FOTODövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğraması nəticəsində şəhid olanlardan da biri mayor Həsənov Elmir Mircəlil oğludur.

"Report" un Muğan bürosunun əməkdaşı şəhidin ata ocağında, Cəlilabad rayonunun Göytəpə şəhərində olub.

Əməkdaşımız şəhidin yaxınları ilə görüşüb və onun haqqında xatirələri dinləyib.

Şəhidin atası Mircəlil Həsənovun sözlərinə görə, onun hər üç oğlu hərbçidir. Elmir Həsənovun qardaşları da xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər. Onlar 44 günlük Vətən Müharibəsində də yaxından iştirak ediblər və Prezident İlham Əliyev tərəfindən təltif olunublar.

"Elmir ikinci oğlumdur. İki övladı yadigar qalıb. Onun ən böyük arzusu onları böyüdüb boya-başa çatdırmaq idi. Onun bu arzusunu biz həyata keçirəcəyik.

Elmir çox bacarıqlı idi. Orta məktəbdə də ən savadlı, bilikli olub. Ailəyə çox bağlı övlad idi", - Mircəlil Həsənov bildirib.

O, vurğulayıb ki, Elmir Həsənov 7 medalla təltif edilib, onlardan 2-sini Vətən müharibəsində fərqləndiyinə görə alıb.

Qeyd edək ki, Elmir Həsənov 15 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi bitirdikdən sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonra aviasiya üzrə ali təhsil alıb və 2015 -ci ildən bu sahədə xidmətə başlayıb.

Şəhid mayor dekabrın 1-də, həlak olduğu hərbçilərlə bir yerdə dəfn edilib.

Allah rəhmət eləsin!

"Qaraheybət" şəhidi Elmir Həsənovun atası: "Oğlum 7 medalla təltif edilmişdi" - FOTO"Qaraheybət" şəhidi Elmir Həsənovun atası: "Oğlum 7 medalla təltif edilmişdi" - FOTO"Qaraheybət" şəhidi Elmir Həsənovun atası: "Oğlum 7 medalla təltif edilmişdi" - FOTO"Qaraheybət" şəhidi Elmir Həsənovun atası: "Oğlum 7 medalla təltif edilmişdi" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1719   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 218
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 229
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 359
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 52
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 248
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 379
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 266
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 271
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 411
.