Keniyada toya gedən avtobus körpüdən aşıb, 20 nəfər ölüb

Keniyada toya gedən avtobus körpüdən aşıb, 20 nəfər ölübKeniyanın mərkəzində avtobusun su basmış körpünü keçmək istəyərkən çaya düşməsi nəticəsində azı 20 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Keniyanın "The Star" qəzeti məlumat yayıb.

Regional polis idarəsinin rəisi Cozef Yakan bildirib ki, avtobusdakı şəxslər toya gedirmiş. Onun sözlərinə görə, qəzada 20 nəfər həlak olub, 10 sərnişin xilas edilib.

Güclü axıntının mane olduğu ərazidə xilasetmə işləri aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 242   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş