Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildiLənkəranda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən "Qaz 33"ün sürücüsü saxlanılıb.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi "Qaz 3302" markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyətı üzrə Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 786   Tarix: 04 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşağa döyərək tərbiyə verən valideyn və müəllimlər CƏRİMƏLƏNƏCƏK

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. APA-ya istinadla bildirir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarıla

12.03.2026 340
.

Bəhreyndə SEPAH casusları saxlanıldı

Bəhreynin Daxili İşlər Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə casusluqda şübhəli bilinən dörd vətəndaşın saxlanıldığını açıqlayıb. Beşinci şübhəli isə ölkə xaricindədir və onun kimliyi artıq müəyyən edilib. xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə

12.03.2026 297
.

Bacısı və həyat yoldaşının ölümündən danışdı

İranın yeni Ali Lideri Müctəba Xamenei həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb. "Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həya

12.03.2026 529
.

Gələcəyin televiziyası: xarici kanallar ana dilində səslənə bilər - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişafı televiziya sahəsində də yeni imkanlar yaradır. Yaxın gələcəkdə televiziyalarda real vaxtda işləyən süni intellekt əsaslı səsli dublyaj sistemlərinin tətbiqi mümkün hesab olunur. Bu texnologiya sayəsində tamaşaçılar istənilən xarici televiziya kanalın

11:10 149
.

Yeraltı sivilizasiya tapıldı: Yüzillərlə dünyadan təcrid olunmuş şəkildə yaşayıblar

İspaniyanın şimalında arxeoloqlar əsrlər boyu yerin altında yaşayaraq xarici dünya ilə demək olar ki, əlaqə saxlamayan orta əsr cəmiyyətinin qalıqlarını aşkar ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" nəşri məlumat yayıb. Tədqiqatçıların sözlərinə görə, VII-XI əsrlər arasınd

12.03.2026 433
.

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ - SİYAHI

Mediada yayımlanan informasiyaya dair tələblər artırılır. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirəyə çıxarılan "Media haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksin

12.03.2026 404
.

"Tibbdə, elmdə belə şey yoxdur, bu, cahillikdir" - Rəşid Mahmudov

Xəbər verdiyimiz kimi, xəstələri əl enerjisi ilə müalicə etdiyini iddia edən özbəkəsilli, "Bionurun sahibi" adı ilə tanınan İqbol Soliyev Bakı şəhərinə gəlib. Onun təqdim etdiyi "müalicə üsulu" sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs həqiqətən də, bu üsulla hansısa xəstəliklər

12.03.2026 451
.

"Bədənim tanınmaz hala düşdü" - Pasiyentdən plastik cərraha ağır ittiham

Əməliyyatdan sonra bədəninin deformasiyaya uğradığını və aparılan cərrahi prosedurların izlərinin qaldığını iddia edən vətəndaş estetik əməliyyatla bağlı şikayət edib. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, uğursuz əməliyyat keçirildiyini deyən şikayətçi Günay Kərimlinin sözlərinə görə, bi

11:36 163
.

Türkiyənin cənubunda NATO-nun bazasında sirenlər işə salınıb

Türkiyə mediası xəbər verir ki, NATO-nun ölkənin cənubundakı bazasında sirenlər işə salınıb. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hava sirenlərinin İranın hücum təhlükəsinə görə işə düşdüyü bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

12:21 124
.

TOP MP3