Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARRəsm çəkmək xüsusi bacarıq tələb edir. Bu, hər insanın işi deyil. Adətən rəssamların ruhu daha incə və həssas olur. Pikasso kimi bəzilərinin yaratdıqlarında bir mənanı sezmək çətin olsa da, digərlərinin əl işlərinə baxdıqda heyran olursan. Məsələn, bir müddət öncə qarşıma gənc rəssam Nərgiz Bayramovanın çəkdiyi şəkillər çıxdı. Onlar realistikliyi ilə baxanları təəccübləndirir.

Düzdür, hazırda bir çoxları realistik şəkillər çəkirlər, amma belələrinin azərbaycanlılar arasında da olması qürurvericidir. Nərgizin "The Queen's Gambit" serialının qəhrəmanını təsvir etməsi "Netflix" kimi böyük video-yayım platformasının da diqqətini cəlb edib.

Belə ki, 23 yaşlı rəssamımızın sözlərinə görə, "Netflix Türkiyə"nin rəsmi səhifəsi "Beth Harmon Challenge"na məhz onun əl işi ilə start vermişdi.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR"Netflix US" isə Nərgizin çəkdiyi Şahzadə Diananın rəsminə "Wow" deyərək reaksiya bildirib.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARBu qızın özü kimi gözəl əl işlərini onun "İnstagram" səhifəsindən izləyə bilərsiniz.

BİG.AZ olaraq, ona bir neçə sualımızı ünvanlamaq istədik. Nərgiz suallarımızı belə cavablandırdı:

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Rəssamlığa həvəs nə zamandan yaranıb? Bu sənəti seçmək valideynlərin istəyi olub, yoxsa..?

- Uşaqlıqdan. Ən çox at şəkilləri çəkməyi xoşlayırdım. Daha sonra valideynlərim rəssamlığa olan marağımı görüb rəsm kursuna yazdırdılar.

- Rəssamlığı harada oxumusan?

- Tofiq İsmayılov adına Uşaq Dünyası Rəsm Qalereyasında. Müəllimin də Tofiq Məmmədov olub.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Nə vaxtsa rəssamlıqla ciddi məşğul olmağı düşünürsən?

- Bəli, düşünürəm.

- Bəs planında nə var? Hədəfinə çatmaq üçün hazırda nə edirsən? Bu yolda hansı maneələr var?

- Əslində xüsusi bir planım yoxdur. Hazırda ən böyük problemim vaxt azlığıdır. Həftənin 6 günü gecəyədək işlədiyimə görə, rəssamlığa istədiyim qədər vaxt ayıra bilmirəm. Amma vaxtım olsaydı, bir neçə mütəxəssisdən dərs alıb daha da püxtələşmək, bəlkə də, şəxsi emalatxana açmaq, sərgilərdə iştirak etmək istəyərdim.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Dünya rəssamlarından kimi özünə nümunə bilirsən? Ən sevdiyin əsər hansıdır?

- Dünya rəssamlarından yox, ən çox bizim rəssamlardan Səttar Bəhlulzadəni özümə nümunə bilirəm. Bütün rəsmlərini sevirəm.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Bəs öz əsərlərindən?

- Öz əsərlərimdən ən çox uşaqlıqda Səttar Bəhlulzadə üslubunda çəkdiyim "Şapqalı qız" rəsmidir. Bu əsər hələ o vaxt Qala Festivalında Mehriban Əliyeva və Leyla Əliyeva tərəfindən seçilmişdi. Amma təəssüflər olsun ki, hazırda o rəsmin fotosu belə, məndə yoxdur.

- Ən böyük arzun nədir?

- Öz bacarıqlarımla yüksəlmək, güclü biri olmaqdır.

- "İnstagram"da "Sattartist" adıyla səhifən var. Maraqlı adı var. Niyə məhz "Sattartist"? Mənasını izah edərdin.

- Bunu bacım Fidanla düşünmüşük. "Sattar" Səttar Bəhlulzadənin adından götürülüb, "artist" isə ingiliscə "rəssam" deməkdir. Bu iki sözü birləşdirib səhifəmizin adını "Sattartist" qoymuşuq.

- Bu fəaliyyətində sənə ən cox dəstək olan kimdir?

- Atam, anam, bacılarım. Bir sözlə, ailəm. Hər bir uğurumda onlara çox borcluyam.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- İndiyədək özünün tələbələrin olubmu?

- Olub.(gülür) Bir müddət kursda balaca uşaqlara rəsm çəkməyi öyrətmişəm.

- Rəssamlığa başlayanlara məsləhətin nədir?

- Öz üzərlərində çalışsınlar. Daha çox gəzsinlər, gördüklərini və bir də heç kəsin görmədiklərini təsvir etsinlər.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARNatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4567   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün şorba içmək vacibdirmi? - Həkim məşhur fikrin doğru olmadığını açıqladı

Uşaqlıqdan insanlara hər gün şorba və digər duru yeməklər qəbul etməyin vacib olduğu aşılanır. Əks halda mədə-bağırsaq problemlərinin yaranacağı iddia edilir. Lakin mütəxəssislər bu fikrin elmi əsasının olmadığını bildirirlər. Ölkə.az xəbər verir ki, bu barədə ukraynalı "UNIAN" nəşrinə açıqlamasınd

27.11.2026 456
.

Soyuqdəymə zamanı bunları etməyin - Vəziyyətinizi ağırlaşdıran 4 vərdiş

Soyuqdəymə zamanı bəzi ənənəvi müalicə üsulları sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, burun axması, boğaz ağrısı və burun tutulması başlayanda bir çox insan xoşagəlməz simptomlardan mümkün qədər tez qurtulmaq üçün sınanmış ev üsullarına müraciət edir. Limonl

22.11.2026 419
.

Ağıllı anaların uşaqlarına öyrətdiyi 7 vacib qayda

Uşaqların gələcəkdə uğurlu və özünəinamlı şəxsiyyət kimi formalaşması yalnız məktəbdə aldıqları qiymətlərdən və əlavə məşğələlərdən asılı deyil. Psixoloqlar bildirirlər ki, uşağın emosional intellektinin inkişafında və həyata hazırlanmasında ailənin, xüsusilə də ananın rolu böyükdür. xarici mediaya istinadə

22.11.2026 613
.

İnsanlar yaşlandıqca niyə daha çox üşüyür?

Yaş artdıqca insanların soyuğa qarşı həssaslığı güclənir. Xüsusilə yaşlı insanlar ətrafdakılar üçün normal hesab olunan temperaturda belə üşüyə bilirlər. Alimlər bunun səbəblərini araşdıraraq maraqlı nəticələr əldə ediblər. xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma yaşlandıqca orqanizmi

22.11.2026 439
.

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ

İlbiz yumurtalarından hazırlanan "ağ kürü" dünya bazarında yüksək qiymətə alıcı tapır. xarici KİV-ə istinadən xəbər verir ki, "Googlis" kimi tanınan quru ilbizlərinin yumurtalarından əldə edilən bu məhsul həm lüks restoranlarda, həm də kosmetika sənayesində istifadə olunur. İstehsal

27.11.2026 506
.

Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq

Qida və qidalanma mütəxəssisləri soyuq aylarda bazar və market piştaxtalarında satılan pomidor və bibərin orqanizmə fayda əvəzinə zərər verə biləcəyi barədə xəbərdarlıq ediblər. Hər məhsulun öz təbii mövsümündə yeyilməsinin vacibliyini vurğulayan ekspertlər əsl yetişmə dövrü yay olan bu tərəvəzləri

28.11.2026 224
.

"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı

"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat

22.11.2026 511
.

Dərdin dərmanı özü imiş...

Braziliyada aparılan genişmiqyaslı tədqiqatlar virusları ötürə bilməyən "Wolbachia" bakteriyası daşıyan ağcaqanadların denqe qızdırması və çikunqunya infeksiyalarını təxminən 69 faiz azaltdığını üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, dünyanın denqe qızdırmasından ən çox əziyyə

24.11.2026 504
.

Ən gənc əhalisi olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?

Ekspertlərin fikrincə, dünyanın ən böyük iqtisadiyyatlarına malik bəzi ölkələri demoqrafik baxımdan kritik həddə yaxınlaşıb və əhalinin təbii artımını bərpa etmək imkanları xeyli məhdudlaşıb. xəbər verir ki, nümunə olaraq Çin, ABŞ və Braziliya göstərilir. Bu ölkələrdə doğum əmsalı hazırda 1-1,60 intervalındadır

23.11.2026 554
.