Məşhur klinikanın həkimi barədə İDDİA: 8 min manata 6 stend qoydu, xəstə öldü - FOTO
N.Tusi adına klinikada əməliyyat olunan xəstə vəfat edib.
Bakupost.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda altı stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.
Xəstə yaxınları iddia edir ki, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.
Bildirilir, o xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda altı stend qoymaqla onun həyatına qəsd edib:
"Heydər Cəfərxanov şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan səkkiz min pul alınıb və əməliyyata salınıb. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda altı stend qoymaq olmazdı".
Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.
Məsələ ilə bağlı həkim Samir Abbasovla əlaqə saxlanılıb.
S. Abbasov açılamasında bu iddiaların əsasız olduğunu deyib.
Onun sözlərinə görə, əməliyyat tam uğurla aparılıb və bu proses diskə yazılıb:
"Xəstə beşinci gün müraciət edib və anju olunub. Onun bütün damarlarında demək olar ki, tutulma var idi. Birinci xəstəyə açıq-ürək əməliyyatı məsləhət görüldü və bundan qəti imtina etdi. Daha sonra üstü açılıb ki, üç ay bundan qabaq hansısa bir mərkəzdə yenə anju olunub və yenə əməliyyat təklif ediblər. Amma xəstə qəti imtina edib. Xəstə bizə gələndə yoldaşına əməliyyatla bağlı məlumat verdik. O da həyat yoldaşı ilə danışdı, amma yenə də açıq ürək əməliyyatına razı olmadı. Gördüyümüz işlərin hamısı diskə yazılıb. Yəni stend qoyulan andan bitənə qədər diskə yazılır və disk də müvafiq orqanlara təqdim olunub".
Həkim bildirib ki, stendlərin sayının çox olması müzakirə mövzusu deyil:
"Praktikada 8-10, hətta mən Almaniyada 11 dənə də stend qoymuşam. Burada da vəziyyət belədir ki, birinci açıq ürək əməliyyatı olmalıdır, əgər olmasa stend qoyulmalıdır. Həmin xəstənin də bütün damarlarında tutulma olub. Biz uğurlu əməliyyat edib damarları normallaşdırdıq, sadəcə olaraq müasir təbabətdə də 100 xəstədən 8-də tromblaşma əmələ gəlir ki, bu dəqiqə dünyanın bəlası budur. Yer kürəsində ölənlərin tam 50 %-i ürək-damar xəstəliyindən ölür. Yenidən qeyd edim ki, biz hər şeyi xəstənin yaxınlara izah etdik, hətta xəstə açıq ürək əməliyyatından imtina etdiyi üçün stend qoyulmasına görə razılığını alıb imza da çəkdirmişik. Qeyd edim ki, ürəyin özü də çox zəif idi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1468 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930