Viktor Miklyayev erməni vəhşiliyindən danışdı: "Qızın başını divara çırpıb öldürdülər" - FOTO

Viktor Miklyayev erməni vəhşiliyindən danışdı: "Qızın başını divara çırpıb öldürdülər" - FOTO"1991-сi ildə Bakıya məzuniyyətə gəldim. Mənim qonşum – polkovnik Allahverdi Nuriyev dedi ki, Azərbaycanda Milli Ordu formalaşır, zabitlər gərəkdir. Beləcə mən Sovet ordusundan ayrıldım və Vətənə qayıtdım. 1991-ci ildə Azərbaycan SSR Müdafiə Nazirliyinin HHM artilleriyasının rabitə bölməsinin rəisinin müşaviri oldum".

Bu sözləri Media.Az-a müsahibəsində 90-cı illərin Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Viktor Miklyayev deyib.

Veteran bildirib ki, o həmin dövrdə hərbi hissələrin rabitə vasitələrinin qaydasında olub-olmadığını yoxlayıb. V.Miklyayev 1992-ci ildə ermənilərlə Qarabağda toqquşmaların başladığı dövrdə Ağdamın kəndlərindən birində şahidi olduğu hadisədən də bəhs edib:

www.toyota-absheron.az

Узнать больше
"1992-ci ildə artıq toqquşmalar başlamışdı. Yadımdadır, Ağdamın kəndlərindən birinə gəldim, gördüm ki, yerdə 16 meyit var. Yerdə rus qadın oturub qızının meyiti üstündə hönkür-hönkür ağlayır. Anlayırdım ki, onu sakitləşdirmək üçün edə biləcəyim heç nə yox idi...

Yanımda dayanan azərbaycanlı qadın mənə deyir ki, gecə ermənilər qızı öldürüblər. Qızın başını evin divarına çırpıblar. Başı parçalanıb, dərhal ölüb, ətrafdakı hər şey isə qan içində idi. Mən hərbçiyəm, təbii ki, belə səhnələrə öyrəşmişəm, amma bu cür vəhşilik məni də şoka saldı. Bu adamlar isə deyirlər ki, münaqişə dini xarakter daşıyır, bu, əsl quldurluqdur. Bu hadisədən sonra rəisim dözməyib vəzifəsini tərk etdi, mən isə onun yerinə keçdim".

Ehtiyatda olan polkovnik-leytenant həmçinin Ağdamda "Qarabağ" klubu ilə "Turan" arasında baş tutmuş son qarşılaşmanı da izlədiyini bildirib.

"Ağdam barədə danışıram, gözümün qabağına "Qarabağ"ın "İmarət" stadionunda "Turan"la son görüşü gəlir. Həmin vaxt "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Bu, işğaldan bir qədər əvvəl olub".

V.Miklyayevin sözlərinə görə, 1992-ci ildə Qarabağ regionunun bütün əhalisindən ov silahları götürülüb.

"Söhbət azərbaycanlılardan gedir. Ermənilərin əlində isə Xankəndidə olan motoatıcı alayı var idi, buradakı sovet əsgərlərinin 90 faizi erməni millətindən olan şəxslər idi . Nədənsə bu məsələ kiçildilir. Orada 3-4 alayın silahı var idi, söhbət pulemyotlardan, avtomatlardan və digər silah növlərindən gedir. Bunlar sovet ordusunun "qalıqları" idi, əslində o zaman faktiki olaraq artıq SSRİ mövcud deyildi, amma silahlı bir alay var idi. Bu səbəbdən azərbaycanlılar ermənilərin faktiki olaraq əliyalın əhaliyə hücumuna lazımi cavab verə bilmədilər".

Müharibə veteranı həmçinin ermənilərin istənilən vaxt hər kəsi kürəyindən bıçaqlaya biləcək bir xalq olduğunu vurğulayıb:

"Bu hadisələrdən xeyli əvvəl atam mənə xəbərdarlıq etmişdi. Bir dəfə demişdi ki, bizim süfrəmizdə heç vaxt erməni oturmayacaq. Söhbət 60-cı illərdən gedir. Atam dedi ki, ermənilər hər zaman kürəyindən bıçaq sancmağa hazır xalqdır. Mənə xəbərdarlıq etdi:

"Oğlum, onlara tam etibar etmə, onların qoynunda hər zaman gizli niyyətləri var".

Belə də oldu. Axı biz mehriban xalqıq, belə alçaqlığı ağlımıza belə gətirə bilməzdik, onları qonşu sayırdıq... Azərbaycanda erməniləri heç vaxt sıxışdırmayıblar, həmişə yaxşı rəftar ediblər, əvəzində isə onlar kürəyindən bıçaqladılar".

Viktor Miklyayev erməni vəhşiliyindən danışdı: "Qızın başını divara çırpıb öldürdülər" - FOTOViktor Miklyayev erməni vəhşiliyindən danışdı: "Qızın başını divara çırpıb öldürdülər" - FOTOViktor Miklyayev erməni vəhşiliyindən danışdı: "Qızın başını divara çırpıb öldürdülər" - FOTOViktor Miklyayev erməni vəhşiliyindən danışdı: "Qızın başını divara çırpıb öldürdülər" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1297   Tarix: 20 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 212
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 269
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.