Uşaq qatili olan terrorçular Ermənistanda milli qəhrəman elan edilib

Uşaq qatili olan terrorçular Ermənistanda milli qəhrəman elan edilibİllər uzunu terroru dövlət siyasətinə, ideologiyasına çevirən Ermənistan öz ampluasındadır. 44 günlük müharibədən nəticə çıxarmayan qonşu dövlət gah rus sülhməramlılarının yerləşdiyi ərazidən, gah da sərhəddən hərbçilərimizə qarşı təxribatlar törədir. Bundan əlavə, terrorçuluqda ittiham olunan şəxslərə sığınacaq verir, onları qəhrəman obrazında qələmə verir. Məsələn, götürək Qarabağdakı son olayı. Ermənistan parlamentinin deputatları, erməni kilsəsinin nümayəndələri bir neçə gün əvvəl Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası atan terrorçu Norayr Mirzoyana dəstək məqsədilə "xeyriyyə aksiyası"na başlayıb. Hələ bu azmış kimi, Birləşmiş Ştatlar kimi bir dövlət mahiyyəti terror üzərində qurulan Ermənistanı demokratiya adı altında keçirilən sammitə dəvət edir. Terrora qarşı mübarizə aparan, terrorun qurbanı olan Azərbaycan və Türkiyə kimi dövlətlər isə sammitə dəvət olunmur. Belə görünür ki, 30 il davam edən ikili standartlar hələ də aradan qalxmayıb.

Lakin təqdirəlayiq haldır ki, artıq qərb mediasında Ermənistanın terrorçu mahiyyəti barədə məqalələr dərc edilir.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Dünyaca məşhur "Eurasia Review" nəşrində dərc olunan məqalədə erməni terroru, bu terrorçulara dəstək verilməsi pislənilir, bunun bütün Cənubi Qafqazda gərginlik yaradacağından bəhs edilir. Müəllif yazır ki, oktyabrın sonunda Ermənistan mətbuatı ASALA üzvü, terrorçu Hampiq Sasunyanın ABŞ-dan Ermənistana ekstradisiya edildiyi barədə məlumat yayıb. 2021-ci ilin martında şərti azadlığa buraxılana qədər, Sasunyan 1982-ci ildə Los-Ancelesdə Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə Amerika həbsxanasında ömürlük həbs cəzası çəkirdi.

Məqalədə vurğulanır ki, sosial şəbəkələrin erməni seqmentində Sasunyanın Ermənistana ekstradisiya edilməsi xəbəri sevinclə qarşılanıb. O, ASALA və JCAG-ın bir çox digər üzvləri ilə birlikdə Ermənistanda milli qəhrəman kimi qəbul edilir. Həm ASALA, həm də JCAG bir çox ölkədə, o cümlədən ABŞ-da rəsmi olaraq terror təşkilatı kimi tanınır. Bu təşkilatların dünyanın 22 şəhərində törətdiyi terror aktları nəticəsində 31-i diplomat olmaqla, azı 58 Türkiyə vətəndaşı həlak olub. Bu terror aktlarının dalğası o həddə çatıb ki, 1983-cü il iyulun 31-də "Washington Post" belə bir sual verdi:

"Daha neçə türk diplomatı erməni terror qruplaşmalarının fanatik qatillərinin əli ilə həlak olacaq?"

Bu nə terror qruplaşmalarının üzvləri, nə də onlara dəstək verən Ermənistan sakinləri heç vaxt günahsız insanların qətlə yetirilməsindən təəssüfləndiklərini bildirmədilər.

"Hampiq Sasunyan hələ həbsdə olarkən Ermənistanın "Hay Zinvor" hərbi jurnalına müsahibəsində özünün "əsgər" olduğunu, Qarabağda - yəni Azərbaycan ərazisində döyüşmək istədiyini bildirib. Bu da onun islaholunmaz terrorçu olduğuna dəlalət edir", - deyə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Sasunyanın azadlığa buraxılmasını nəşrə şərh edərkən bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin isə yazılı açıqlamasında "Türkiyə ABŞ hakimiyyətinin Sasunyanın işi ilə bağlı qərarını pisləyir. Biz bu addımı terroru təşviq etmək məqsədi daşıyan ciddi səhv hesab edirik" deyə o qeyd edib.

Bu reaksiyaya baxmayaraq, Ermənistan hakimiyyəti və cəmiyyəti terrorçulara "milli qəhrəman" kimi baxmaqdan, küçələrə, məktəblərə və digər müəssisələrə onların adlarını verməkdən, onların "şərəfinə" abidələr ucaltmaqdan əl çəkmir. ABŞ-da yerləşən erməni diaspor təşkilatı "Erməni Gəncləri Federasiyası" "Twitter"də "erməni qəhrəmanı Hampiq Sasunyan azaddır və öz vətənindədir" xəbərini yayıb. Sasunyanın terror aktlarının tərənnüm edilməsi Ermənistan üçün ilk belə hal deyil. Məsələn, ASALA liderlərindən olan Monte Melkonyan türk diplomatlarının qətlinə və Azərbaycanla müharibədə iştirakına görə erməni millətçiləri tərəfindən təqdir olunur. 1980-ci ildə Melkonyan Afinada türk diplomatı və onun 14 yaşlı qızını öldürüb. Melkonyan Fransa həbsxanasından çıxandan sonra Ermənistana gedib və Azərbaycanın dinc əhalisinə qarşı törədilən vəhşiliklərdə iştirak edib. Ən böyük vəhşiliyi isə 1992-ci ildə Xocalıda törədib. Ermənistanda onun şərəfinə abidələr ucaldılıb, təhsil ocaqları və xeyriyyə fondlarına adı verilib. Onun basdırıldığı qəbiristanlıqda ASALA-ya xatirə abidəsi ucaldılıb.

ASALA-nın Fransadakı fəaliyyətinə mənsub Varujan Karapetyan Parisin Orli hava limanında törədilən partlayışa görə 20 ilə yaxın Fransa həbsxanasında yatdıqdan sonra Ermənistanda milli qəhrəman elan edilib. Hücumun qurbanı təkcə türk diplomatları olmayıb:

"İki Türkiyə vətəndaşından başqa, insidentdə dörd fransız, bir amerikalı və bir isveçli ölüb. Amma bu, erməni siyasətçiləri və ziyalılarına onun vaxtından əvvəl azadlığa buraxılması, ən yüksək səviyyədə qəhrəmanlaşdırılması istiqamətində fəaliyyətə başlamasına mane olmayıb. Günahsız dinc insanları, uşaqları qətlə yetirmiş Sasunyan, Melkonyan və Karapetyan kimi terroristlərin qəhrəmanlaşdırılması davam edir. Onların terror taktikası vəsf edilir, gələcək nəsilləri onların davamçısı olmağa sövq edirlər".

Qərb nəşri sonda yazır:

"Onlar anlamırlar ki, faciə özlüyündə daha çox faciə, zorakılıq doğurur. 44 günlük müharibədən sonra sülhün qorunub saxlanması fonunda Ermənistan artıq keçmişin qanlı xatirələrindən əl çəkməli və dinc gələcək üçün yaranan tarixi şansdan yararlanmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1035   Tarix: 20 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 212
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 269
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.