Azərbaycanın Rusiyadakı Səfirliyi: Ermənistan hərbi-siyasi təxribata əl atır
"Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əvvəlcədən planlaşdırılmış və məqsədyönlü təxribatıdır. Vəziyyəti gərginləşdirmək üçün Kəlbəcər və Laçın rayonları istiqamətində bir sıra yüksəklikləri ələ keçirməyə və bununla da hərbi üstünlük əldə etməyə cəhd edildi".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda, həmçinin Ermənistan Silahlı Qüvvələrinin digər təxribat xarakterli əməlləri də qeyd olunub: "44 günlük müharibədə ağır məğlubiyyətin əvəzini çıxmaq üçün Ermənistan Azərbaycan ordusunun bölmələrinə qarşı ardıcıl təxribatlara başlayıb. Noyabrın 6-7-də Ermənistanın keçmiş müdafiə naziri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qeyri-qanuni səfər edib və bir sıra qızışdırıcı və təxribat xarakterli hərəkətlərə yol verib. Bu il noyabrın 19-da isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus mühəndis texnikasını atəşə tutub. Həmin gün Ermənistan tərəfi Laçın rayonunun Qaragöl gölü ətrafında Azərbaycanın mövqelərinə gedən yola 60 nəfərlik hərbi qulluqçu yerləşdirməyə cəhd edib. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi mühasirəyə alınıb. Rusiya tərəfinin xahişini nəzərə alan Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək erməni hərbçilərin geri qayıtmasına şərait yaradıb. Bu il noyabrın 13-də Şuşa şəhəri yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinə qarşı qumbaraatan ataraq növbəti terror aktı törədiblər. Nəticədə 3 hərbçi yaralanıb".
"Yuxarıda deyilənlərdən göründüyü kimi, regionda gərginliyin artmasına görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və o, sərhəddə həyata keçirilən hərbi avantüraya paralel olaraq beynəlxalq aləmdə Azərbaycana qarşı yalan və qaralama kampaniyasını davam etdirir. Azərbaycan suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistanı əsassız iddialara son qoymağa çağırır. Tanınmış sərhədlər Ermənistanı ikitərəfli dövlətlərarası münasibətlərin qurulması üçün konstruktiv addımlar atmağa, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına məcbur edir", - səfirlikdən bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 901 Tarix: 19 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
17:22 125 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
14:30 212 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
20:15 1 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 238 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 269 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 228