Uşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlama

Uşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaDərisində səpkilərin yaranması ilə yanaşı, uşağın bədən temperaturu da yüksəkdirsə, bu, yoluxucu xəstəliyin simptomu ola bilər. Valideynlər adətən bunu allergiya adlandırsalar da, belə deyil. Allergiya zamanı da hərarət yüksəlir, lakin qısa müddət və kəskin halda davam edir. Bir sözlə, bu hal bir neçə xəstəliyin xəbərçisi ola bilər. Həmçinin tibbin gündəmi olan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnən uşaqların bədənində səpkilər əmələ gəlir. COVID-19-un ağırlaşması hesab edilən Mis-C sindromu da kavasaki sindromu ilə oxşardır.

BiG.AZ Medicina.az-a xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə səpkilərin xarakteristikasına görə xəstəliklərin növlərini açıqlayıb.

"Hərarətli günlərdən sonra ağız ətrafında yaranan səpkilər uşağın əllərinə və ayaqlarına da yayılır. Körpələrdə isə səpkilər hətta bütün ayaq və qolu, ağız, dil və boğazı da əhatə edə bilər. Bu, koksaki virusunun əlamətidir. Koksaki virusu zamanı yarana səpkilər gövdəyə yayılmır. Xoralaşmağa meyilli və göynədici səpkilərdir. Belə olan halda, səpkiləri aradan qaldırmaq üçün xüsusi tədbir görməyə ehtiyac yoxdur, bir həftə ərzində səpkilər öz-özünə yox olur. Hətta böyük yaşlı (6-7) uşaqlar koksaki virusuna yoluxduğu zaman onlarda hərarət yüksəlməyə bilər.

Əgər yüksək hərarət davam etdikcə gözlər qızarırsa, bütün bədəndə, xüsusilə də gövdə və gövdəyə yaxın yerlərdə sıx yerləşmiş xırda və tikan kimi səpkilər varsa, bu, qızılca virusunun əlaməti ola bilər. Qızılcaya yoluxduğu zaman uşaq özünü çox narahat və halsız hiss edir və bədən temperaturu yüksəlir.

Uşağın bədən temperaturu çox az yüksəldikdə və ya normada olduğu halda belə bədəni səpirsə və bu səpkilər saç kökləri olan hissədən başlayıb bədənə yayılırsa, su çiçəyi virusundan şübhələnmək lazımdır. Su çiçəyi virusuna görə bədənə yayılan səpkilərin içi sulu olur və güclü qaşıntı verir. Həmin virus uşaqlarda ağırlaşmalara səbəb ola bilər. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır".

A.İsmayılzadə, həmçinin səpkilərə səbəb olan digər virus infeksiyaları barədə də məlumat verib. O, bildirib ki, hərarət olmadan yaranan sulu səpkilər sonradan kənarlara doğru dərini açaraq yayılır, sulanır, üstü kərtmək bağlayır və artırsa bu "sarı yara"dan xəbər verir. Belə streptodermiya və ya impetiqo xəstəlikləri mikrob mənşəli olduğu üçün müalicəsi antibiotiklər vasitəsilə aparılır.

Uşağın hərarətinin yüksəlməsi ilə yanaşı, onun boyun limfa düyünləri böyüyür, özünü halsız his edir və solğun dəri üzərində xırda səpkilər yaranırsa, bu, məxmərək ola bilər. Qızılca kimi məxmərək də ağırlaşmaya səbəb ola bilər, ona görə də bu simptomlar müşahidə edilən zaman həkim-mütəxəssisə mütləq müraciət etmək lazımdır.

Hərarət fonunda çox halsızlıq, limfa düyünlərinin şişməsi, güclü boğaz ağrısı, qaraciyərin böyüməsi və yanaşı olaraq səpkilər müşahidə edilirsə, infeksion mononukleoz xəstəliyindən şübhələnmək olar. Həmin xəstəliyə yoluxan uşaq infeksionist tərəfindən müayinə və müalicə olunmalıdır"

Həkim-mütəxəssis uşaqlarda rast gəlinən skarlatina və rozeola virus infeksiyaları barədə danışıb.

"Uşağın bədəni, hətta əllərinin içi və ayağının da səpirsə, dili, yanaqları və boğazı qıpqırmızıdırsa, skarlatinaya yoluxmuş bilər. Həmin uşaqların ilk həftə ərzində antibiotik qəbul etməsi mütləqdir. Bu xəstəlik ürək və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər.

Bundan başqa, uşaqların bədənində 3-5 gün davam edən yüksək hərarətdən sonra əmələ gələn ləkəli və solğun səpkilər rozeola xəstəliyinin əlamətləridir".

Uşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlamaUşağın bədənindəki səpkilərə görə xəstəliyini tanı - Pediatrdan açıqlama


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 7752   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 863
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13.10.2026 842
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1092
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 335
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 919
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 836
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 872
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 946
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 799
.