"OBA" marketlər şəbəkəsi "Vətən bağı"nda şəhidlər bulağını istifadəyə verdi
Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində hər zaman şəhid ailələri və qaziləri diqqət mərkəzində saxlayan "OBA" marketlər şəbəkəsi noyabrın 8-də Zəfər günü münasibətilə Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən "Vətən bağı - Şəhidlər parkı"nın açılışında iştirak edib.
8 noyabr Zəfər gününə həsr edilən açılış mərasimində "OBA" marketlər şəbəkəsi kollektivi, Tərtər rayonu İcra Hakimiyyəti, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və media nümayəndələri iştirak edib.
Xatırladaq ki, sözügedən park "Vətən Bağı" Humanitar Təşəbbüslər İctimai Birliyi, Tərtər rayonu İcra Hakimiyyətinin təşəbbüsü və "OBA Market" MMC-nin dəstəyi ilə ərsəyə gəlib. Belə ki, "OBA" marketlər şəbəkəsi şəhidlərin adını ucaltmaq və onların xatirəsini əbədi yaşatmaq məqsədilə "Vətən bağı"nda şəhidlər bulağını istifadəyə verdi.
Qeyd edək ki, ümumi sahəsi 3 hektar olan parkda, həmçinin Vətən müharibəsi zamanı qəhrəmancasına canlarından keçən şəhidlərin adına ağaclar əkilib, 44 günlük tarixi Qələbəmizin simvolu olan "Xarı bülbül" və "Zəfər yumruğu" abidələri ucaldılıb.
Tədbir zamanı vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub və şəhidlər bulağının açılışı həyata keçirilib.
"OBA" marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib və keçirilən layihənin əhəmiyyətindən danışıb:
""OBA" marketlər şəbəkəsi, "Vətən Bağı" Humanitar Təşəbbüslər İctimai Birliyi və Tərtər rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn "Vətən bağı-Şəhidlər parkı" layihəsinin açılış günündəyik. Bu gün "Vətən bağı"nda şəhidlərimizin əziz xatirəsinə həsr etdiyimiz bulağın açılışını həyata keçirməkdən qürur duyuruq".
Bir daha "OBA" marketlər şəbəkəsi olaraq xalqımızı Zəfər günü münasibətilə təbrik edirik".
"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Elimizin hər yanı, "OBA"mızın ünvanı!


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
20:45 1 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
19:30 1 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 205 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
21:45 1 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
18:30 1 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 228 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir
11:40 219