Şuşada doğuldu, amma Şuşaya çata bilmədi - Qəhrəman şəhidimiz Şəhriyar Quliyev - VİDEO
Şuşada doğuldu, amma Şuşaya çata bilmədi. 3 yaşına kimi Ağdamın Xaçındərbənd kəndində yaşadı, amma o kəndin də azadlığını görmədi. Ən böyük arzusu idi, ata-anası ilə birgə evlərinə geri dönsün, sonra da Şuşanı ziyarət edib, doğulduğu torpağın həsrətini içinə çəksin. Lakin Şəhriyar Quliyev Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi. Onun arzusunu valideynləri çin etdilər. Onlar əməkdaşımız Ülkər Qasımqızı ilə birgə dədə-baba yurdu olan Ağdama gedib, daha sonra Şuşanı ziyarət etdilər.
Camal və Ramal hələ çox balacadır.Bu səbəbdən də onları özümüz ilə götürə bilmirik. Şəhid ataları kimi biz də onları analarına əmanət edib, yollanırıq Qarabağa. Yolumuz üzü Ağdamadır, qıyıq gözlü, sərt baxışlı Şəhriyarın 2 yaşına kimi yaşadığı "Xaçındərbənd" kəndinə. Tək deyilik, Şəhriyarı dünyaya gətirən ana, halal zəhməti ilə böyüdən ata, çiyin-çiyinə vuruşduğu səngər yoldaşı və 1 ildir ki tək qalan qardaşı da bizimlədir. 365,430,431
Ya Allah deyib, çıxdığımız bu yolun sonu bizi "Xaçındərbənd"ə qovuşduracaq. Həsrətdəndir nədir bilmirəm, yol heç bitmir. Qubardan ürəyi dağ boyda olan ana,atanın ürəyi elə indi də dağ boydadır, ancaq bu dəfə qürurdan. Axı yurda gedirik. Bayaqdan həsrətlə axtardığımız o lövhəni gördük deyəsən. Və biz artıq illərdir həsrətini çəkdiyimiz Xaçın gölünün düz üstündəyik.
Gecikmədən kəndə çatmalı,doğma yurdu tapmalıyıq. Çox az məsafə qalıb. Piyada qalxdığımız bu yolun üzərindəki evlərdən biridir ata yurdu,amma hansı?
Şəhid balasını 2 yaşında bu evdən güclə çıxarıb ana. Başı açıq, ayağı yalın qoynuna basdığı körpəsini o zaman düşməndən qoruya bildi.
Hələlik, sağ ol deyib, doğma yurd ilə vidalaşırıq. Lakin bu dəfəki ayrılıq bir balaca niskilli oldu. Yaşlı insanlar mina təhlükəsinə görə, illərdir bu torpaqda uyuyan doğmalarını ziyarət edə bilmədilər. Aldığı güllər əlində, bala dərdi ürəyində bir ana, cah-cəlallı yurdunu viran görən bir ata ilə Ağdama hələlik deyib, davam edirik. Bu dəfə yolumuz Zəfər yolu, istiqamətimiz isə Şuşadır.
Şuşa bizi günəşli qarşıladı. Düzlərində çiçək də bitirmişdi ki, şəhid anası toplasın.
Şəhriyar Şuşada doğulsa da, Şuşaya çatmadı. Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanan qəhrəmanımız Şuşanı döyüş yoldaşlarına əmanət edərək, şəhadətə yüksəlir.
Şəhid izli Cıdır düzündən ayrılıb, Yuxarı Gövhər Ağa məscidində bütün şəhidlərimizin ruhuna dua da etdik.
Şuşa qalasına getməsək, Xarı bülbülü görməsək olmazdı.
Və beləcə bizə ayrılan vaxt burada sona çatdı. Sağollaşmırıq, hələlik deyib, Şuşamızdan da ayrılırıq.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1611 Tarix: 24 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
11.11.2026 186 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
11.11.2026 381 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11.11.2026 345 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
11.11.2026 274 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229