Biləsuvar sakini 4 nəfəri bıçaqlayıb

Biləsuvar sakini 4 nəfəri bıçaqlayıbBiləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri - İsa Abbasovu, Tural Yəhyalını, Sənan Yəhyayevi və Ərəstun Şahmarovu bıçaqlayıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 457   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti