Təyyar Eyvazov: "Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır"

Təyyar Eyvazov: "Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır"Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır. İstər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyucu anticisimlərin səviyyəsi azalır. Yəni xəstəliyə qarşı əmələ gəlmiş immunitet zəifləməyə başlayır. Vaxt amilindən başqa burada yaş faktoru da var. Yaşlıların immuniteti daha zəif olur, eyni zamanda, müxtəlif immundefisit vəziyyətləri, müxtəlif xroniki xəstəlikləri olanlarda immunitetin ilkin olaraq əmələ gəlməsi, onun səviyyəsi və davam müddəti fərqli ola bilər. Sağlam insanla xəstənin peyvənddən sonra nəticələri eyni olmaya bilər. Biz bunu öz müşahidələrimizdə görürük.

Koronavirusun "Delta" ştammı Uhan ştammına qarşı hazırlanan vaksinlərdən müəyyən qədər yayınma qabiliyyətinə malikdir. Ölkəmizdə 4 növ peyvənd istifadə olunur və yayınma təxminən 10-20 faiz arasındadır. Peyvəndlər effektivliyini saxlayıb. Lakin bir qədər də daha yüksəksəviyyəli immunitet tələb olunur. Xüsusilə risk qrupunda olanların - tibb işçiləri, yaşı 50-dən yuxarı olanlar və xroniki xəstəlikdən əziyyət çəkənlərin müəyyən müddətdən sonra zəifləyən immunitetlərini daha yüksək səviyyəyə qaldırmaq üçün buster dozaya ehtiyac var. Buster doza gücləndirici doza adlanır. Dünyanın bir sıra ölkələrində üçüncü doza tətbiq edilir. Bariz nümunə kimi İsraili misal göstərmək olar. Onlar buster doza tətbiq etməklə həmin qruplar arasında ağır xəstələnmə hallarını xeyli azaltmağa müvəffəq olub. Vaksin olunandan sonra xəstələnmə ehtimalı buster dozanı tətbiq etməklə dəfələrlə azala bilər. Gücləndirici dozadan sonra əldə edilən immunitet 5-10 dəfəyə qədər güclənir. İstənilən halda peyvəndin qayəsi təkcə yoluxmamaq deyil, yoluxan zaman xəstəliyi ya simptomsuz ya da yüngül keçirməkdir. Bunu öz təcrübəmizdə gördük ki, doğrudan da ağır xəstələrin böyük əksəriyyəti məhz vaksin olunmayanlardır. Buster dozanın əhəmiyyəti ondan ibarətdir ki, əldə olunmuş immunitet bir qədər də gücləndirilsin. Yoluxanlar xəstəliyi yüngül keçirsinlər, xəstəxanaya yerləşdirilmələrin sayı minimuma ensin, səhiyyənin yükü azalsın ki, biz bu infeksiyanı nəzarətdə saxlaya bilək.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazovun sözlərinə görə, COVID-19 infeksiyası ilə mübarizənin ən önəmli vasitəsi məhz peyvənddir. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir:

"Doqquz milyon dozadan çox peyvənd vurulub. Vaksinasiyada 5 milyondan çox vətəndaş iştirak edib ki, onlardan 4 milyondan çoxu hər iki dozanı, bir milyona yaxını isə bir dozanı qəbul edib. Yaxın bir ay ərzində onlar da ikinci dozanı qəbul edəcək və ölkədə iki doza vurduranların sayı təxminən 5 milyona çatacaq. Hazırda əhalinin təxminən 42-43 faizi hər iki dozanı vurdurub. Amma bu da tam yetərli deyil. Ona görə ki, "Delta" ştammının hakim olduğu dövrdə vaksinasiya olunan insanların sayı təxminən 80-82 faiz olmalıdır ki, infeksiyaya həssaslıq azalsın və yoluxma zənciri qırılsın. Biz MDB-də vaksinasiya sayına görə qabaqda olsaq da, digər aparıcı ölkələr arasında müəyyən qədər aşağı yerlərdəyik. Elə ölkələr var ki, 100 nəfərə vurulan dozaların sayı 100-150-dən çoxdur və orada epidemioloji vəziyyəti idarə etmək daha da asanlaşıb".

Ekspert-mütəxəssis 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsinə münasibət bildirib:

"12-15 yaşlı yeniyetmələrin vaksinasiyası məsələsinə dair fikirlər birmənalı deyil. Bəzi ölkələr həmin yaşda uşaqları ucdantutma vaksinasiyadan keçirirlər, bəziləri isə gözləmə mövqeyi tutublar. ÜST-ün mövqeyi bundan ibarətdir ki, digər yaşlı əhali qrupları peyvənd olunub qurtarıbsa, ilk növbədə risk qrupuna daxil olan uşaqlar vaksinasiyadan keçirilməlidir. Səhiyyə Nazirliyi bu məsələni mütəxəssislərlə araşdıraraq belə bir tövsiyə verib ki, xüsusilə xroniki xəstəliyi olan uşaqlar valideynlərinin razılığı və müraciəti əsasında peyvənd oluna bilərlər. Burada məcburiyyət və qadağa düzgün deyil. Proses hər iki valideynin razılığı ilə könüllü aparılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 945   Tarix: 23 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

11.11.2026 381
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.