Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar?

Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar?Ölkəmizdə ötən illə müqayisədə zərgərlik məmulatlarına maraq nisbətən artıb. Bunu bazarda fəaliyyət göstərən sahibkarlar və maraqlı tərəflər də təsdiq edirlər. Təbii ki, əgər söhbət qiymətli metal və daşlardan gedirsə onun keyfiyyət göstəricilərindən tam əmin olmağa ehtiyac yaranır. Hazırda bazarda bəzi saxtakarlıq hallarına yol verilir.

Oxu.Az bununla əlaqədar zərgərlik məmulatlarının satışında yol verilən saxtakarlıq faktlarını araşdırıb.

Məsələ ilə bağlı məlumat verən Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin sözlərinə görə, hazırda bazarda bu cür hallar mövcuddur və onların aradan qaldırılmasında iri bazar iştirakçıları da maraqlıdırlar:

"Hazırda bəzi dələduzlar süni daşları "təbii" adı ilə istehlakçıya təqdim edirlər. Daşların xüsusi xarakteristikası, onların şəffaflığı və s. meyarlar var ki, bunu istehlakçı görmür. Sadəcə xüsusi zərgərlik lupaları vasitəsilə bunu müəyyən etmək olur. Məsələn, daşda xırda qara və qəhvəyi rəngdə ləkələr olur. Bunu müştəriyə demək lazımdır. Onu mükəmməl adı ilə müştəriyə satmaq artıq saxtakarlıqdır.

Qızılda isə əyar saxtakarlıqlarına yol verilir. Məsələn, üzərində 585 əyar yazıldığı halda əslində məmulat 580, 550, 500 əyar olur. 585 əyar nə deməkdir? Yəni, 1 qram məhsulun tərkibində 58,5 faiz təmiz qızıl var. Lakin, həqiqətdə bundan aşağı olduğu halda yüksək rəqəm qeyd edilir. Bundan da kobud səhvlərə yol verilir. Məsələn, məmulat qızıl ilə radirovka edilir, bizim insanlar buna "qızıl suyu"na salmaq deyirlər, daha sonra onu qızıl adı ilə istehlakçıya satırlar".

Toğrul Abbasquliyev bildirib ki, Azərbaycan Zərgərlik Assosiasiyası istehlakçılara bu kimi dəyərli məhsulları tanınmış, nüfuzlu mağazalar şəbəkəsindən almağı tövsiyə edir:

"Adı, mənbəyi, sənədi və sertifikatı olmayan məhsulları almayın. Məhsulu əldə etdikdə kassa çeki tələb edin".

O əlavə edib ki, hazırda qiymətli daşların və metalların keyfiyyətini müəyyən edə biləcək bir qurumun fəaliyyətə başlaması ilə əlaqədar işlər görülür, bununla da istehlakçı aldığı məhsulun keyfiyyətindən əmin ola biləcək:

"Ötən il İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu istiqamətdə işçi qrupu yaradıldı. İşçi qrupu çərçivəsində müvafiq sahədə peşə təhsilinin artırılması, Azərbaycanın zərgərlik adət-ənənələrinin inkişaf etdirilməsi, nəsildən-nəslə ötürülməsi, eləcə də keçmiş Əyar Palatasının funksiyalarının bərpası məsələsi müzakirə olundu. Hazırda bu istiqamətdə işlər gedir.

Azərbaycan Standartlaşdırma İnstitutunun qiymətli metallar və daşlar üzrə standartlar formalaşdıran Texniki Komitəsi fəaliyyət göstərir. Biz çalışırıq ki, bu istiqamətdə müvafiq standartlar qəbul edək. Nəticədə qiymətli daşların və metalların keyfiyyətini yoxlamaq və müəyyən etmək mümkün olacaq. Təkliflər Texniki Komitədə hazırlanır və dövlət qurumlarına ötürülür. Bu, bir il çəkə bilər".

Assosiasiyanın sədri vurğulayıb ki, iri distribütor şirkətlərin heç biri böyük həcmdə dövriyyələri riskə atıb, dələduzluğa yol vermək istəməz, bu onlar üçün çox risklidir, belə dələduzluq hallarına daha çox kiçik sahibkarlıq və ya fərdi zərgərliklə məşğul olan şəxslər əl atırlar.

Azərbaycanda zərgərlik məmulatlarının iri istehsalçılarından olan Ağamirzə Məlikov bildirib ki, istehlakçılar zərgərlik məmulatlarının alışını həyata keçirən zaman onun əyarını, rəngini, parlaqlığını diqqətdə saxlamalıdırdar:

"Hazırda sintetik brilyantlardan istifadə olunur, onlardan istifadə etmək yanlış deyil, lakin bunu müştəriyə "təbii" adı ilə satmaq saxtakarlıqdır. Bəzi zərgərlər müştərini belə aldadırlar. Mütləq şəkildə istehlakçı məhsulu tanıdığı bir yerdə yoxlatdırmalı, zərgərlə məsləhətləşib almalıdır. Tezliklə Əyar Palatasının fəaliyyətə başlaması gözlənilir. Bu zaman istehlakçı rahat şəkildə məhsulu yoxlaya biləcək".

Bununla belə istehsalçı qeyd edir ki, bazarda saxtakarlıq halları kütləvi deyil:

"Son bir neçə ildə saxtakarlıq halları azalıb. Artıq bazar özü-özünü tənzimləyir. Xüsusilə də işini düzgün qura bilən zərgərlər saxtakarlıqla məşğul olanları bazardan sıxışdırıb çıxarırlar".

Zərgərlik məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkar Rövşən Xəlilovun sözlərinə görə, insanlar yalnız tanıdıqları şəxsə müraciət edə bilərlər, bununla bağlı sistem mövcud olmadıqca istehlakçı başqa heç nə edə bilməz:

"Hazırda zərgərlik məmulatları ilə bağlı yaranan əsas problemlər qiymətli metalların əyarında yanlışlığın olması, daşlarda 1 karat əvəzinə 5 karat yazılması, xüsusilə də brilyantın karatında problemlər yaşanmasıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1932   Tarix: 23 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

11.11.2026 381
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.