Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATITərtərdə bacısını öldürüb, bacısı ilə evlənmək istəyən şəxsi isə öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

30 yaşlı Elmidar Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Elmidar Ələsgərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi fevral ayında Tərtər rayonun Buruc kəndində baş verib.

Məhkəmə araşdırması zamanı qətlin təfərrüatları məlum olub.

Elmidar Ələsgərov qətli namus üstündə törtədiyini iddia edir. O da məlum olub ki, bacısı Elmidardan bağışlanmasını istəsə də buna məhəl qoymayıb.

Törətdiyi əmələ görə peşman olmadığını deyən Elmidar Ələsgərov söyləyib ki, bacısı Aynur əvvəlcə Vüsal adlı şəxslə ailə həyatı qurub.

Onun sözlərinə görə bacısı rəsmi nikahda olduğu müddətdə Rəsul adlı şəxslə tanış olub və onunla arasında münasibət yaranıb.

"Vüsal bundan xəbər tutan kimi bacımdan ayrıldı. Rəsulla münasibəti olan zaman bacım onu bizim evə dəvət edib. O vaxt mən Qubada idim. Bizim evdə bunlar arasında münasibət olanda atam görüb. Rəsul evdən paltarsız qaçıb. Polisə məlumat vermişdik. Bacım izahatında Rəsulu özünün dəvət etdiyini demişdi"- deyə Elmidar ifadəsində göstərib.

Elmidar deyib ki, daha sonra bacısı Rəsulun valideyinlərinin yaşadığı Bərdə rayonu, Lənbəran kəndinə gedib: "Mən Rəsula zəng elədim. Dedim ki, qarşıma çıxsanız, ikinizi də öldürəcəm. O zaman Rəsul Rusiyaya getdi. Bacım onun ailə üzvləri ilə birlikdə yaşayırdı. Rəsul qayıdandan sonra bibisi mənə zəng elədi. Dedi ki, bacım yol kənarında ağlayır. Ona elə bir bacım olmadığını dedim. Sonra o qadına zəng edib öyrəndim ki, Rəsul bacımı döyübmüş, Aynur da getməyə yeri olmadığı üçün yolda dayanıb".

Hadisə baş verən gündən danışan Elmidar bildirib ki, bacısı evlərinə barışığa gələn zaman onu öldürüb.

Məlum olub ki, Rəsul valideynlərini, qardaşını, bibisini və 7 yaşlı oğlunu götürərək Elmidargilin evinə gəlib. Məqsədləri barışıq edib Aynurla evlənmək olub. Amma Elmidar heç cür bununla barışmayıb. Hətta Elmidarın atası da barışığa razı olduğunu bildirib.

Elmidar məhkəmədə bunları deyib: "Aynurun sənədlərini istədilər ki, nikah etsinlər. Amma mən sənədləri gizlətdim. Onlar evdə çay içəndə mətbəxdə idim. Aynur yanıma gəlib üzr istədi, qarşımda diz çökdü ki, onu bağışlayım. Cibimdən bıçağı çıxarıb Aynurun kürəyindən vurdum. Ölməyəcəyini düşündüm. Buna görə də ürəyindən də vurdum. Axırda da boğazını kəsdim".

Bununla da ürəyi soyumayan Elmidar səsə gələn Rəsula da bıçaq zərbələri endirib, amma onu öldürməyə macal tapmayıb.

Məhkəmə zərərçəkmiş kimi tanınan Rəsul Paşayev də ifadə verib. O, əvvəlcə Aynurla necə tanış olmasından danışıb:

"Aynurla təxminən 2 il əvvəl Bərdə rayonunda təsadüfən tanış olmuşduq. Aynur əvvəllər Vüsal adlı şəxslə evli olduğunu, boşandığını dedi. Mən də əvvəl evli olmuşdum. Düşündüm ki, Aynur da mənə uyğun biridir. Nömrəsini götürdüm, danışdıq".

Rəsul Paşayev Aynurgilin evlərinə getdiyini etiraf edib. Sonra isə bildirib ki, bütün bu olanlardan sonra dəfələrlə barışıq üçün cəhdlər edib. Lakin hər dəfəsində Elmidar onları öldürəcəyini deyib.

Hadisə günü yaşananları danışan Elnur qeyd edib: "Aynurun atasına zəng edib barışmaq istədiyimi, Aynurla evlənəcəyimi dedim. O da razılaşdı. Onlara getdikdən bir qədər sonra mətbəxtdən Aynurun səsini eşitdim. Gedəndə gördüm ki, qan içində yerdə uzanıb".

Qeyd edək ki, Elmidar xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə ittiham olunub./Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2307   Tarix: 23 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hava limanındakı oyun otağı faciəyə çevrildi

11 aylıq körpə Türkiyə hava limanındakı oyun otağında təhlükəli infeksiya olan salmonellaya yoluxub. xəbər verir ki, bu barədə Telegram üzərində fəaliyyət göstərən "Shot Proverk" kanalı məlumat yayıb. Məlumata görə, körpənin anası tətildən sonra Antalyadan Nijni Novqoroda qayıtmağa hazırlaşdıqların

21.05.2026 288
.

Yüksək performanslı insanlarda dərin tükənmişliyi necə tanımaq olar? - 3 əlamət

Hətta nüfuzlu, təcrübəli və istedadlı mütəxəssislər belə yüksək məhsuldarlığı və özlərinə inamı qorumaqda çətinlik çəkdiklərini etiraf edirlər. Onlar adətən yüksək nailiyyətlərə və vəziyyət üzərində tam nəzarətə öyrəşiblər. Bir çoxu uğursuzluqları özünə qarşı sərt tənqid prizmasından qiymətləndirir

21.05.2026 1
.

Əlillik hansı hallarda müddətsiz təyin olunur?

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan "Sosial saat" verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy

21.05.2026 212
.

The New York Times-dan Şok İddia: Əhmədinejad Yenidən Hakimiyyətə Qayıda bilər? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-ın İrana qarşı yenidən mümkün hərbi əməliyyatlara hazırlaşdığı və İsrailin "Mossad" kəşfiyyat xidmətinin İranın sabiq prezidenti Mahmoud Ahmadinejad ilə bağlı planlar qurduğu iddiaları beynəlxalq medianın gündəminə çevrilib. Xüsusilə The New York Times qəzetində yayımlanan məlumatlard

21.05.2026 204
.

Estetik əməliyyatdan sonra qadın YOXA ÇIXDI: 6 gün sonra meyiti tapıldı

Kolumbiyada 52 yaşlı Yuliksa Konsuelo Toloza plastik əməliyyatdan sonra yoxa çıxıb. xarici mediaya istinadla bildirir ki, o, Boqotada yerləşən estetik cərrahiyyə klinikasına getdikdən sonra itkin düşüb. Prosedurdan altı gün sonra qadının meyiti ucqar ərazidə tapılıb, hüquq-mühafizə orqanları isə bi

21.05.2026 153
.

Şəxsi məlumatlarınızı qorumaq üçün bu qaydalara əməl edin

Parkda, kafedə və ya ticarət mərkəzində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Çünki bu tip şəbəkələr açıq mühitdə fəaliyyət göstərir. Yəni eyni anda onlarla, bəzən isə yüzlərlə insan eyni şəbəkədə

21.05.2026 202
.

Saç Tökülməsi Ciddi Problemin Əlaməti Ola bilər - DERMATOLOQDAN AÇIQLAMA

Son illərdə saç tökülməsi problemi həm gənclər, həm də orta yaşlı insanlar arasında geniş yayılmağa başlayıb. Gündəlik həyatın stressi, düzgün qidalanmama, hormonal dəyişikliklər və keyfiyyətsiz saç baxım məhsulları bu problemin əsas səbəbləri sırasında göstərilir. Bir çox insan müxtəlif şampun və vasitələrdə

21.05.2026 229
.

"Yelo Bank"da kreditlərdən "şapka" alanın adı bilindi - Vüqar Əliyev kimdir?

"Yelo Bank"ın 28 filialında verilən kreditlərlə bağlı ilginc hadisələr yaşanır. "Yelo Bank"da adları müxtəlif banklarda gecikmələrə düşən və kredit verilməməli olan şəxslərin "şapka" verməklə yüksək məbləğli kredit götürmələri ilə bağlı məlumat vermişdik. Bu barədə -a danışa

21.05.2026 155
.

Latviya NATO qırıcı təyyarələrini havaya qaldıraraq dron həyəcanı elan etdi

Latviya silahlı qüvvələri cümə axşamı ölkənin hava məkanında ən azı bir pilotsuz təyyarənin uçduğunu və NATO qırıcılarının təhlükə ilə mübarizə aparmaq üçün işə salındığını bildirib ki, bu da Baltikyanı regionda baş verən bir sıra təhlükəsizlik hadisələrindən sonuncusudur. BİG.AZ Reuters-ə istinadə

21.05.2026 172
.

TOP MP3