15 illik evlilikdən sonra ayrıldılar

15 illik evlilikdən sonra ayrıldılar15 ildir ailəli olan aktrisa Tori Spellinq ilə həyat yoldaşı, aktyor Din Makdermott ayrılıb.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, cütlük bu ilin əvvəlindən etibarən bu addımı atmağa qərara alıb. Aktrisanın bu yaxınlarda telefonda övladlarının qəyyumluğu və aliment məsələləri ilə bağlı əsəbi formada danışıq apardığı müşahidə olunub.

Torrinin yaxınları "Page Six"ə açıqlamalarında aktrisanın bu addımı illər əvvəl atmadığına təəccübləndiklərini açıqlayıblar. Onlar ümumiyyətlə Dinlə münasibətdə olmaqdan məmnun olmadıqlarını etiraf ediblər.

Aktrisanın bir müddətdir rəfiqələri ilə əlaqəni kəsdiyi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, 2006-cı ildə boşanan Tori həmin ərəfədə Dinə ərə gedir. Onların bu evlilikdən Stella, Hatti, Liam, Bo və Finn adlı beş övladı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2548   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti