Müəllimlər üçüncü doza vaksin vurdurmalıdır

Müəllimlər üçüncü doza vaksin vurdurmalıdırSəhiyyə Nazirliyi hər iki doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza ("buster" doza) ilə peyvəndlənməsini zəruri hesab edir.

BiG.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti