Gülşən Qurbanovanın bacısı: "Onun qəbri..."

Gülşən Qurbanovanın bacısı: "Onun qəbri..."Firəngiz Qurbanova ilə Rəssamlıq Akademiyasının qapısında görüşürük. Salamlaşandan sonra akademiyanın dəhlizi ilə onun otağına sarı addımlayırıq. Firəngiz xanım addım səslərimizə mane olmadan sakitcə soruşur: "Biz nə haqda danışacağıq?"

Hiss edirəm ki, o özü də bu sualın cavabını çox gözəl bilir. Bilir ki, mütləq faciəvi şəkildə ölən atası Ağadadaş Qurbanovdan, faciəli tale yaşayan qardaşı Hamlet Qurbanovdan, ya da ölümü ilə arxasında neçə-neçə suallar qoyan bacısı Gülşən Qurbanovadan danışacağıq. Bir sözlə, ölümdən... Gözlərində gördüyüm ifadədən başa düşürəm ki, bu mövzuda danışmaq onun üçün çətindir. Düzü, onun qaysaq bağlayan yaralarına toxunmaq mənə də xoş deyil. Amma nə etməli... Qurbanovlar ailəsi haqqında danışa biləcək sonuncu adam məhz odur...

Kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın APA-ya müsahibəsi.

- Atanız Stalinin portretinin qurbanı olub...

- Hə... Atam həmişə qastrollara məni aparırdı. O hadisə baş verəndə mən anamla Moskvada idim. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün getmişdim. Ona görə də atam Gülşəni aparmışdı. Gülşənin onda on beş yaşı vardı. Salyanda qastrolda olarkən qaldıqları binanın eyvanına çıxan Gülşən görür ki, motosikletçi Stalinin portretini aparır. Söhbət 1965-ci ildən gedir. Dərhal atamı çağırıb deyir ki - "ata, ata, bax, Stalinin şəklini aparırlar!" Bu sözdən sonra otaqdakıların hamısı eyvana çıxır. Ağırlığa tab gətirməyən eyvan atamın üstünə aşır. O hadisədə atamı itirdik. Sizə bir şey deyim. Mən hələ də "Arşın mal alan" filminin son səhnəsinə baxanda qəribə hisslər keçirirəm. Atam rəhmətə getdiyinə görə filmin son səhnəsi - toy səhnəsində onun yerinə başqa adam çəkilib. O səhnəyə baxanda mənə elə gəlir ki, orda toydan əsər-əlamət yoxdur. Sanki səhnə qaranlıqdır. Çünki orda atam yoxdur. O hadisədə Gülşənin də qolu sınmışdı, bir müddət xəstəxanada yatdı. Əvvəl atamın ölümünü ondan gizlədirdik.

- Gülşən xanımın atanızın ölümündə özünü günahkar bildiyi deyilir. "Kaş, mən o eyvana çıxmazdım" deyirmiş. Doğrudurmu bu?

- O sözləri mən ondan eşitməmişəm. Gülşən tək olanda ağlaya da bilərdi, pis də ola bilərdi. Amma biz onu görmürdük. Şəxsən mən onun ağladığını görmürdüm. O, heç evdə tapılmırdı. Ancaq iş arxasınca qaçırdı. Bir sözlə, onu iş saxlayırdı. Gülşəni məndən soruşanda deyirəm ki, siz məndən çox bilirsiniz onun haqqında. Ürəyi nə istəyirdisə, onu da edirdi. O səhnəni çox sevirdi, çox. Camaata ürəyini verdi. Gülşən iki dəfə infarkt keçirmişdi. Heç birində də yaxşı müalicə almadı, on gündən çox xəstəxanada qala bilmirdi. Halbuki ona müalicə lazım idi. Nə qədər dedik, qulaq asmadı. Təsəvvür edin ki, o vəziyyətdə canlı efirə çıxırdı. Gülşən özünü qurban verdi, hamıya qurban verdi. Və üçüncü infarktla həyatını itirdi.

- Onun qəbri həqiqətən açılmışdımı?

- Çox xahiş edirəm bu sualı mənə verməyin. Mən bu sualı eşitmək istəmirəm. Sizə cavab verirəm və xahiş edirəm ki, bu söhbət burada bağlansın. Gülşənin qəbri açılmayıb. Bunlar hamısı şayiədir. Sadəcə, insanlar Gülşən kimi həyatsevər bir adamın ölümünə inanmaq istəmirdilər.

- Sizin ailə ilə bağlı dolaşan şayiələrdən biri də qardaşınız Hamlet Qurbanovla atanızın həmişə küsülü olmasıdır. Bu da uydurmadır yoxsa?

- Yalandır. Onlar bir yerdə işləyirdilər. Atam həmişə Hamletə dəstək olub. Bir dəfə bir tamaşa ilə bağlı atam ona nəsə irad tutmuşdu. Belə bir şey olduğunu təxmini xatırlayıram. Bu da işlə bağlı bir şey olub. Ümumilikdə isə onların arasında problem yox idi. Bunlar hamısı camaatın uydurmasıdır.

- Hamlet bəylə ögey bacı-qardaş olmağınız aranızdakı münasibətlərə təsir göstərirdimi?

- Bilirsiniz, Hamlet mənim üçün göydəndüşmə olub. Mən balaca olanda atam bizi tanış etmişdi, onda mənim dörd-beş yaşım var idi. Uşaq yaddaşı... Unutmuşdum onu. Böyüyəndən sonra ilk dəfə atamın qırx mərasimində gördüm. Gözlərimə inana bilmirdim, sanki qarşımda atam dayanmışdı. O, atama çox oxşayırdı.

- Dünənə qədər heç görmədiyiniz qardaşla münasibət qurmaq çətin olmadı?

- Yox. Hamlet çox yaxşı adam idi. Tez-tez zəng edirdi, soruşurdu bizi. O, çox istedadlı aktyor idi. Təəssüf ki, çox yaşamadı. Atam kimi. Atam öləndə cəmi 54 yaşı vardı.

- Ananızın atanızın birinci ailəsinə münasibəti necə idi?

- Mənim anam çox ciddi adam idi. Bir dəfə də olsa, pis söz işlətməzdi, bir dəfə də olsa... Özü əməkdar həkim idi, amma sənəti, teatrı çox sevirdi. Atamla da teatra gedəndə tanış olmuşdu. Ümumiyyətlə, anam ziyalı ailədən olub. Anamgilin əsli Xoydan idi.

- Atanız, bacınız və qardaşınız... Üçü də səhnə yolunu tutdu. Nə əcəb Siz bu sahəyə getmədiniz?

- Mən kinodan ayrı düşməmişəm ki... "Alma almaya bənzər", "Şir evdən getdi, "Ad günü" kimi filmlər daxil olmaqla neçə filmdə quruluşçu rəssam kimi çalışmışam. Üstəlik, rejissoru olduğum animasiya filmlərim var.

- Mən kinonun kulisini yox, ekranı nəzərdə tuturam.

- Balaca olanda atam məni özü ilə teatra, kinoya aparırdı. Uşaqlıqdan ekran mənim üçün çox sevimli idi. Ancaq mən heç vaxt aktrisa olmaq istəməmişəm. Aktrisa kimi isə iki filmdə çəkilmişəm. Biri "Leyli və Məcnun", digəri "Alman klinikasına şəxsi səfər" filmidir. İkinci filmdə oynamağım tam təsadüf olub. Deməli, həmin filmdə həyat yoldaşım Fikrət Əhədov quruluşçu rəssam idi. Mənim çəkildiyim rola çəkilməli olan aktrisa xəstələndi, çəkilişə gələ bilmədi. Ona görə də bu rolda mən çəkilməli oldum.

- Yoldaşınız da rəssam idi?

- Hə, o da rəssam olub. Allah ona rəhmət eləsin. Bizim çox maraqlı tanışlıq tarixçəmiz var. Mən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyanda yataqxanada qalırdım. Bir dəfə pilləkənlərlə enəndə Fikrət Əmirovun "Kürd-ovşarı" simfoniyasını eşitdim. Özümə də təəccüblü gəldi ki, Moskvada kimdir "Kürd-ovşarı"ya qulaq asan? Dərhal səs gələn otağa getdim. Mənim o vaxt əhvalım çox pis idi. Çünki cəmi iki ay idi, atam rəhmətə getmişdi, özümü çox tənha hiss edirdim. Qapını döydüm, qapı açılanda isə Fikrəti gördüm. Mahnıya qulaq asan o idi. Onunla ilk dəfə onda qarşılaşdıq. Beləcə, Fikrət Əmirov bizi birləşdirdi.

- Bildiyimə görə oğlunuz da rəssamdır.

- Elədir.

- Gülşən Qurbanovanın qızı, Hamlet Qurbanovun oğlu bəs, hardadır?

- Gülşənin qızı hazırda övladını böyütməklə məşğuldur. Hamletin oğlu isə Abxaziyada yaşayır. Orda ailəsi var, tikinti sahəsində çalışır. Bu gün də əlaqə saxlayırıq.

- Gülşən Qurbanovaya heç bənzəmirsiniz.

- Mən Gülşənə oxşamadım. Mən onun kimi deyiləm. O, çox ünsiyyətcil idi.

- Bir az da bu gündən, bu gün gördüyünüz işlərdən danışaq.

- Hazırda pedaqoq kimi fəaliyyət göstərirəm. 2003-cü ildən rektor Ömər Eldarovun dəvətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıram. Həmçinin "Birlik" kinostudiyasında animasiya filmləri çəkirəm.

- Yeri gəlmişkən, Azərbaycan animasiyasını bu gününü necə dəyərləndirirsiniz?

- Artıq bu sahədə yavaş-yavaş inkişaf gedir. Mən bu gün Azərbaycan animasiyası üçün əlimdən gələni edirəm. Rəhbərlik etdiyim "Birlik" kinostudiyası 1988-ci ildə fəaliyyət göstərir. "Birlik" Azərbaycanın ilk müstəqil kinostudiyasıdır, hətta keçmiş Sovet İttifaqında da ilklərdən idi. İndiyədək bu kinostudiyanın rəhbəriyəm. 1989-1992-ci illərdə Moskva Dövlət Televiziyası və Radiosunun sifarişi ilə bir neçə uşaq animasiya filmi çəkmişik.

2007-ci ildən etibarən "Birlik" kinostudiyası Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən animasiya filmlərinin sifarişləri yerinə yetirir. Təxminən bütün filmlərim və həm rejissor, həm rəssam-animator, həm də ssenarist olan oğlumun çəkdiyi filmlər Azərbaycanı beynəlxalq animasiya festivallarında təmsil edir. Fəxri diplomları və mükafatları alır.

- Bugünkü animasiyamızın durumu qənaətbəxş deyil. Sizcə niyə?

- Animasiyaya xüsusi diqqət lazımdır. Qabaq uşaqları Moskvaya təhsil üçün göndərirdilər. Mən animasiyanı sevirəm, istəyirəm bu sahə bizdə inkişaf etsin. Maddi problemlərin bu işdə rolu böyükdür. Bu gün cavanların animasiyaya gəlməsi gözəl haldır. Ancaq onlar mütləq peşə təhsili almalıdırlar. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Animasiya filminin quruluşçu rəssamı" ixtisası var. Bu ixtisas dörd ildir, yaradılıb. Mən bu ixtisasda tələbələri öyrədirəm. Ömər Eldarov bu işdə mənə çox dəstək verir.

Azərbaycanda animasiya təhsili çox vacibdir. Professional animatorlara çox ehtiyac var. Rəssam-animator peşəsini öyrətmək lazımdır, bu peşə üçün kurslar mütləq açılmalıdır.

- Bu gün dünyada 3D animasiya filmləri məşhurdur. Siz heç bu sahəyə keçməyi düşünmüsünüzmü?

- Bu gün məktəbli uşaq da kompüter qarşısında oturub proqramla animasiya yarada bilər. Ancaq onların yaratdığı primitiv şeylərdir. Belə vəziyyətdə professional olmaq çox çətindir. Mən 3D proqramına keçsəm, əsl animasiya öləcək. 3D proqramı bugünkü zamanın tələbidir, sadəcə. Məsələn, amerikanlar 3D animasiyalar çəkir və kifayət qədər də uğurlu alınır. Orda bununla peşəkarlar məşğul olur. Daha bizdəki kimi yox. Əsl cizgi tamam başqadır. Bu, əsl sənətdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5262   Tarix: 20 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şəxsi məlumatlarınızı qorumaq üçün bu qaydalara əməl edin

Parkda, kafedə və ya ticarət mərkəzində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Çünki bu tip şəbəkələr açıq mühitdə fəaliyyət göstərir. Yəni eyni anda onlarla, bəzən isə yüzlərlə insan eyni şəbəkədə

21.05.2026 228
.

Sevgi xoşbəxtliyi azaldırmı? - Oskar Uayldın məşhur fikri yenidən gündəmdə

İrlandiyalı dramaturq və yazıçı Oskar Uayldın "Dorian Qreyin portreti" romanından gətirilən bir sitat bu günə qədər münasibətlər və sevgi barədə müzakirələr doğurur. Oskar Uayld kəskin zəkası və cəmiyyətə dair dərin müşahidələri ilə tanınırdı. Onun "Dorian Qreyin portreti" əsəri sevgi

21.05.2026 124
.

NATO ilə gərginlik artdıqca Rusiya nüvə gücünü nümayiş etdirir

Rusiya cümə axşamı Belarusdakı səhra obyektlərinə nüvə sursatı çatdırdı və strateji nüvə qüvvələrinin elementlərini nümayiş etdirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Ukrayna müharibəsi və Baltik dənizində dron fəaliyyəti ilə bağlı Avropa NATO üzvləri ilə gərginliyin artması ilə əlaqədardır

21.05.2026 207
.

"ADY rəhbərliyi insanları dövlətlə üz-üzə qoyur"

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə açıqlanan qiymətlər ADY-dən narazılığı pik həddə çatdırıb. Vətəndaşlar hesab edir ki, 81 manatdan başlayan bilet qiymətləri, əlavə sığorta ödənişləri və ümumi xərcin iki nəfər üçün 600-700 manata qədər yüksəlməsi Gürcüstana səfəri sadə insanlar üçün əlçatmaz edir

21.05.2026 197
.

İran: "Müharibə bu dəfə regiondan kənara çıxacaq"

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ və İsrailin yenidən İrana hüum edəcəyi təqdirdə, müharibənin Yaxın Şərq hüdudlarından kənara çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Fars News Agency məlumat yayıb. "Böyük və strateji məğlubiyyətlərdən dərs çıxarmayan, yenidə

21.05.2026 191
.

Estetik əməliyyatdan sonra qadın YOXA ÇIXDI: 6 gün sonra meyiti tapıldı

Kolumbiyada 52 yaşlı Yuliksa Konsuelo Toloza plastik əməliyyatdan sonra yoxa çıxıb. xarici mediaya istinadla bildirir ki, o, Boqotada yerləşən estetik cərrahiyyə klinikasına getdikdən sonra itkin düşüb. Prosedurdan altı gün sonra qadının meyiti ucqar ərazidə tapılıb, hüquq-mühafizə orqanları isə bi

21.05.2026 214
.

Yüksək performanslı insanlarda dərin tükənmişliyi necə tanımaq olar? - 3 əlamət

Hətta nüfuzlu, təcrübəli və istedadlı mütəxəssislər belə yüksək məhsuldarlığı və özlərinə inamı qorumaqda çətinlik çəkdiklərini etiraf edirlər. Onlar adətən yüksək nailiyyətlərə və vəziyyət üzərində tam nəzarətə öyrəşiblər. Bir çoxu uğursuzluqları özünə qarşı sərt tənqid prizmasından qiymətləndirir

21.05.2026 139
.

Saç Tökülməsi Ciddi Problemin Əlaməti Ola bilər - DERMATOLOQDAN AÇIQLAMA

Son illərdə saç tökülməsi problemi həm gənclər, həm də orta yaşlı insanlar arasında geniş yayılmağa başlayıb. Gündəlik həyatın stressi, düzgün qidalanmama, hormonal dəyişikliklər və keyfiyyətsiz saç baxım məhsulları bu problemin əsas səbəbləri sırasında göstərilir. Bir çox insan müxtəlif şampun və vasitələrdə

21.05.2026 276
.

Qızıl nə vaxt ucuzlaşacaq?

Yaxın Şərqdə davam edən gərginlik və ABŞ prezidenti Donald Trampın verdiyi ziddiyyətli mesajlar qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artırmağa davam edir. xəbər verir ki, yüksək inflyasiya və mərkəzi bankların faiz artımı ehtimalı qızılın investisiya cəlbediciliyini zəiflədir. ABŞ və İsrailin İran

21.05.2026 168
.

TOP MP3