Rayonlara gedən avtobuslarda da ödəniş KARTLA OLACAQ?
Bildiyimiz kimi, artıq paytaxtda marşrut xətlərinin çoxu kartla ödəməyə keçib. Nağd şəkildə ödənişlə işləyən avtobusların sayı azdır. Digər tərəfdən, bu yaxınlarda artıq kartın balansını onlayn şəkildə ödəmək imkanı yaradılıb. Bəs rayonlara gedən avtobuslarda da ödənişin kartla həyata keçirilməsi mümkündürmü?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bunu çox bahalı texnologiya ilə gerçəkləşdirmək olar:
"Bəli, mümkündür, amma bunun üçün çox bahalı texnologiya lazımdır. Hər avtobus üçün ayrıca bir sistem yaradılmalıdır. Çünki hər avtobusun qiyməti fərqlidir. Məsələn, Bakı-Gəncə avtobusu ilə Bakı-Xaçmaz marşrutunun qiyməti eyni deyil. Vahid qiymət olanda onu informasiya mərkəzindən tənzimləmək olur.
Avtovağzaldan çıxan avtobusları tənzimləmək isə fərqlidir. Bəzən avtobus çatışmazlığı yarananda bir avtobus başqa bir xətt üzrə yönləndirilir. Bu zaman cihazı dəyişmək, yenidən onun "beyninə" uyğun qiymət yazmaq bir az fərqlidir. Bu sistem üçün ayrıca kart tətbiq etmək, kiminsə o kartda pul saxlayıb-saxlamaması - bunların hamısı qəliz məsələlərdir.
Mobil tətbiq vasitəsi ilə ödəniş sistemi yaratmaq olar. Bu daha əlverişlidir. Avtovağzalın saytına daxil olub, oradan seçib ödəniş etmək asan olar.
Kart sisteminin tətbiqi isə hələ texnoloji cəhətdən çətin məsələdir. İndiki variant bilet satışıdır və onlayn bilet satışı da mövcuddur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1483 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 301 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11.11.2026 328 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 276 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
11.11.2026 296 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 280 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317