Qonşusunu öldürən: "Diski qoyanda gördüm ki, arvadımla intim görüntüləri var"

Qonşusunu öldürən: "Diski qoyanda gördüm ki, arvadımla intim görüntüləri var"Yevlaxda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə bu il fevralın 21-i saat 13 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Q. Həsənəliyev aralarında yaranmış̧ mübahisə zamanı odlu silahdan atəş açaraq qonşusu 1983-cü il təvəllüdlü Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Q. Həsənəliyev tutulub. Həsənəliyev ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində bildirib ki, 2016-cı ildə Oğuz rayonu Xaçmaz kənd sakini olan dayısı qızı Sevil (ad şərtidi) ilə ailə həyatı qurub: "Birgə nikahımızdan 1 azyaşlı övladım var. 2019-cu ildə maddi vəziyyətim zəif olduğundan Rusiyaya "Çerkez" bazarına işləməyə getdim. İki-üç ay işləyirdim ki, evdən zəng etdilər. Dedilər ki, atanının vəziyyəti pisdir. Mən də rayona qayıtmalı oldum. Evə gələndən sonra atam mənimlə təklikdə söhbət etmək istədi. Qırağa çəkildik. O, Sevilin məni aldadaraq xəyanət etdiyini dedi. Və tapşırdı ki, Sevilin ana və atasına zəng edərək onu burdan aparmalarını istəyim. Atamdan Sevilin məni kimlə aldatdığını soruşdum. O, qonşumuz Xəyalla münasibəti olduğunu dedi. Həmin vaxt evdən çıxaraq Xəyalın mobil telefonuna zəng edərək görüşmək istədim. Lakin Xəyal Bakıda olduğunu deyərək, telefonda məni təhqir edib, dəstəyi qoydu. Həmin vaxt Sevili ata və anası aparıb getmişdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə həftə sonra Oğuza gedib: "Fikrim vardı ki, Sevilin ana və atası ilə söhbət edim. Anası xəstə olduğu üçün çox söhbətlər edə bilmədim. Sevillə qısa bir görüşüm oldu. O mənə "bağışla" deyərək ağladı. Başqa heç nə danışmadı. Oğuzdan qayıdandan sonra boşanma ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etdim. Bir ay ərzində Sevildən boşandım. Övladım da anasının himayəsində qaldı. Lakin həmin vaxtlar utandığımdan heç yerə çıxa bilmirdim. Bu vaxt Xəyal rayona qayıtmışdı. Yoldan keçəndə hərdənbir mənə eyham vuraraq qonşularında bir dənə kişi olmamağını deyirdi. Bunlara dözə bilmirdim. Ona görə bir neçə aylıq Cəlilabada qardaşımın evinə getdim".

Q. Həsənəliyev bildirib ki, iki ay qardaşıgildə qaldıqdan sonra yenidən Yevlaxa qayıdıb:

"Kənddə qala bilmirdim. Uşaq üçün də darıxmışdım. Ona görə Oğuza uşağımı görməyə getdim. 4-5 gün dayımgildə qaldım. Təxminən hadisədən 4-5 gün əvvəl Yevlaxa geri qayıtdım. Hadisə günü evdə tək idim. Xarici ölkəyə getmək haqqında düşünürdüm. Bu səbəbdən xarici pasportu axtarırdım. Orada tapa bilmədiyimdən evdəkilərin çantalarına baxdım. Bu zaman qarşıma telefon kartı və bir neçə disk çıxdı. Kartı telefonuma taxanda gördüm ki, arvadım Sevillə qohumumuzun mesajları var. Orada Sevil qohumumuza Xəyalla olan münasibətlərini etiraf edir. Səs yazısında isə Sevil Xəyalın bu münasibət haqqında heç kimə məlumat verməyəcəyini deyir. Həmin vaxt əsəblərim tarıma çəkildi. Diskləri evdəki DVD-yə taxdım. Bu zaman arvadımın Xəyalla intim görüntüləri üzə çıxdı. Görüntülərin evin həyətində atam tərəfindən gizli çəkilmişdi. Atam bu videoları gələcəkdə məhkəmədə sübut üçün qeydə alaraq saxlayıb. Əlim ayağım əsməyə başladı. İlk öncə diskləri götürüb əmimgildə olan atamın yanına getmək istədim. Sonra fikrimi dəyişərək evə qayıtdım. Artıq özümdən utanırdım. Gecəni səhərə qədər yata bilmədim. İntihar haqqında düşünürdüm. Lakin Xəyalın məni çöldə lağa qoyması, söz atması mənə təsir edirdi. Onun bizim ailəmizin şərəf və ləyaqətinə sataşmasını qəbul edə bilmirdim".

İttiham olunan şəxs deyib ki, səhəri gün Xəyalı küçədə görüb: " Həyətə hava almaq üçün çıxmışdım. Bu vaxtı Xəyalın haradansa gəldiyini gördüm. O, mənə çatana yaxın mənə "peysər", daha sonra isə "mənim qonşularım nə gündədir" deyib getdi. Artıq dözə bilmirdim. Evə girərək öz adıma sənədləşmiş qoşalüləli "TOZ" markalı 16 kalibrli tüfəngi sandıqdan götürdüm. Silahı götürüb ədyalın arasında olan 2 dənə patronu gödəkcəmin cibinə qoyub silahı yığdım və Xəyalgilin evinə getdim. Uzaqdan gördüm ki, Xəyal əlində araba ilə mən tərəfə gəlir. Qabağına çıxıb, silahı onun üzərinə tuşlayaraq "ay şərəfsiz sən idin mənim qapıma girən? dedim. O isə "nədir indi qeyrətə gəlmisən?" dedi. Mən olanlardan tam xəbərdar olmadığımı bildirdim. Sonda isə "artıq bu kənddə heç kimin anasına və ya bacısına sataşa bilməyəcəksən" deyib silahı nişan alıb Xəyala ilk atəşi açdım. Xəyal sinəsini tutub səndələyərək yerə uzandı, artıq Xəyalın ölmüş olacağını düşünüb silahın lüləsini aşağı salıb geri qayıtmaq istəyərkən Xəyal yenidən başını qaldırıb mənə tərəf "ayə, ayə" dedi. Bu zaman geri qayıdaraq ona yaxın məsafədən yenidən atəş açdım. Evə tərəf gələndə atam səsə qaçdı. Məndən nə baş verdiyini soruşanda Xəyalı öldürdüyümü dedim. O, mənə əsəbiləşərək bir neçə sillə vurdu. Sonra polisə və təcili yardıma zəng etdi. Törətdiyim əməldən peşmanam".

Məhkəmənin hökmü ilə Q. Həsənəliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3316   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 301
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 276
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.