Putinin "gözəl qadın" dediyi jurnalist onun tort üzərində şəklini paylaşıb - FOTO

Putinin "gözəl qadın" dediyi jurnalist onun tort üzərində şəklini paylaşıb - FOTOCNBC jurnalisti Hedli Qembl öz "Instagram" hesabında üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və "Çox gözəlsiniz" yazılan tortun şəklini paylaşıb.

Onun sözlərinə görə, bu hədiyyəni ona dostları edib.

Xatırladaq ki, Rusiya Enerji Həftəsi beynəlxalq forumunda çıxışı zamanı Putin Qembli "gözəl qadın" adlandırmışdı. Həmin vaxt Rusiya dövlət başçısı Avropaya qaz təchizatı ilə bağlı eyni suala iki dəfə cavab verməli olmuşdu.

"Gözəl, simpatik qadın. Mən ona bir söz deyirəm - o isə tamam başqa söz deyir. Elə bil dediyimi eşitmir", - deyə həmin vaxt prezident bildirmişdi./oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2326   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş