Azyaşlılar və qocalar arasında yeni növ "Super Virus" YAYILIR

Azyaşlılar və qocalar arasında yeni növ "Super Virus" YAYILIRAvropada sürətlə yayılan yeni qrip növü meydana gəlib.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, "Super Virus" adlanan yeni virus fərqli şəkildə ortaya çıxıb.

Xəstəliyə yoluxanların koronavirus testləri mənfi olsa da, çox şiddətli qrip simptomları yaşayırlar. "Super Virus" simptomlarına sinus və sinə infeksiyaları, öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu itkisi daxildir.

Xəstəlik özünü qrip kimi göstərir və Avropada 15-44 yaş arası insanlarda sürətlə yayılır. Xəstəliyə yoluxanların koronavirus testləri mənfi olsa da, çox ağır simptomlar yaşayırlar.

Kardiff Universitetinin professoru Ronald Ekkles "Super Virus"u tənəffüs virusu adlandırıb. Professor bu virusun soyuqdəyməyə bənzər simptomlara sahib olduğuna diqqət çəkib və qeyd edib ki, 2 yaşdan kiçik körpələrdə və yaşlılarda daha ciddi xəstəliklərə səbəb ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1747   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş