Azərbaycanda ana övladını dayəyə verib yoxa çıxdı - YENİLƏNİB

Azərbaycanda ana övladını dayəyə verib yoxa çıxdı - YENİLƏNİBAilə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

Bunu Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu BiG.AZ-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

16:07

Azərbaycanda ana uşağını dayənin yanına qoyub yoxa çıxdı.

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, dayə saxladığı uşağın anasının gəlmədiyini görüb onu sığınacağa gətirib:

"Dayə bildirib ki, uşağı anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq səkkiz gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır".

M.Zeynalova qeyd edib ki, məsələ barədə artıq polisə məlumat verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3377   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş