Məhərrəm Əliyev "Şöhrət" ordeni ilə təltif edildi

Məhərrəm Əliyev "Şöhrət" ordeni ilə təltif edildiPrezident İlham Əliyev Məhərrəm Abış oğlu Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Məhərrəm Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Məhərrəm Əliyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır. Qeyd edək ki, oktyabrın 20-də Məhərrəm Əliyevin 70 yaşı tamam olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 933   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Ustalar.az ustalar sayti