Kukla Teatrının direktoru mənimsəməyə görə işdən çıxarıldı

Kukla Teatrının direktoru mənimsəməyə görə işdən çıxarıldıQax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb:

"Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti