Azərbaycanda üç məktəb və iki bağçada dərslər dayandırıldı

Azərbaycanda üç məktəb və iki bağçada dərslər dayandırıldıÖlkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, üç məktəb və iki bağçada dərslər dayandırılıb.

Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib.

Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.

Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1414   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş