Sərhədçiləri Xudafərinə çıxaran sızma əməliyyatı - İLK DƏFƏ + VİDEO
Baku TV-də yayımlanan "Qarabağ Xronikası" verilişinin 61-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda sərhədçiləri Xudafərinə çıxaran sızma əməliyyatından danışıb.
O bildirib ki, 44 günlük Vətən müharibəsinin əsas əks-hücum istiqaməti olan cənub cəbhəsində Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da Azərbaycanın qələbə salnaməsinə öz adlarını qızıl hərflərlə yazıb.
Belə ki, Lələtəpədən başlayan əks-hücum əməliyyatlarına qatılan sərhədçilərimiz Cəbrayıl, Hadrut, Xudafərin, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda həyata keçirilən əməliyyatlarda şücaətlə iştirak ediblər.
Hadrut qəsəbəsi işğaldan azad edildikdən sonra sərhəd qoşunlarının qrupları Xudafərin istiqamətində sızma əməliyyatı həyata keçirir. Bu işdə onlara qurumun pilotsuz aviasiyası kəşfiyyat dəstəyi verir və düşmən arxasına sızan sərhədçilərimiz Darıdağda pusqu qurur. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən və geri çəkilməyə məcbur olan düşmən heç fərqinə də varmırdı ki, Darıdağ və onun önündə yerləşən yüksəkliklərdə onları "sürpriz" gözləyir.
Sözügedən verilişi təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1291 Tarix: 18 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada qalmaqal: Uşaq futbolu üçün yığılan pul kazinoya getdi
Rusiyanın Kursk şəhərində "Fakel" uşaq futbol komandasının məşqçisi Yevgeni Qavrişev turnir üçün toplanan pulu kazinoda uduzub. "RIA Novosti"yə istinadən xəbər verir ki, məşqçi valideynlərdən 33 yeniyetmə futbolçunun Kislovodsk şəhərinə səfəri üçün 843 min rubl toplayıb. Lakin sonrada
15.03.2026 199 Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Avtomobildə yüksək səslə musiqi dinləyən sürücülərlə bağlı hallar son vaxtlar daha çox müşahidə olunur. Bəzi şəxslər gecə-gündüz fərqi qoymadan yaşayış məntəqələrində belə avtomobildə səslənən musiqinin səsini həddindən artıq artırırlar. BİG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda keçirilə
15.03.2026 192 İstanbulda yarım tondan çox narkotik maddə ələ keçirilib
Türkiyənin İstanbul şəhərində yarım tondan çox narkotik maddə ələ keçirilib. "Report" xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi "X"dəki hesabında məlumat yayıb. "527 kiloqram 475 qram skank maddəsi aşkarlanıb- məlumatda bildirilib. İş üzrə 7 şübhəli şəxs saxlanılıb
15.03.2026 107 Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında martın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədə
15.03.2026 118 Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızad
15.03.2026 131 Tramp müharibənin sonunu anons etdi - TARİX
Son günlər həm ABŞ, həm də İran tərəfindən müharibənin yaxın günlərdə bitəcəyilə bağlı müxtəlif açıqlamalar verilir. İki gün öncə ABŞ Prezidenti Donald Tramphədəf üçün daha heç nəyin qalmadığını əsas gətirməklə, müharibənin tezliklə bitəcəyinin anonsunu verib. Tehran da son günlər prosesə eyni yanaşm
15.03.2026 358 Paytaxtdakı bir sıra evlər zəlzələyə tab gətirməyə bilər: Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
Elan saytlarında görünüşü ecazkar, qiyməti isə bazar səviyyəsindən xeyli aşağı olan həyət evləri alıcıların marağını çəkir. Lakin "ucuz ətin şorbası olmur" deyirlər. Bu tipli evlərin keyfiyyəti ilə bağlı ciddi şübhələr var. Bəzi hallarda bünövrəsi kifayət qədər möhkəm olmayan, keyfiyyətsi
15.03.2026 159 Xəzər sahilində quşlar kütləvi şəkildə niyə ÖLÜR? - VİDEO
Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub. Çəkiliş qrupu ərazidə olarkən hər addımbaşı batağan quşlarının cəsədlərinə rast gəlib. Qeyd edək ki, batağanla
15.03.2026 151 Azərbaycanda bəzi internet oyunları qadağan oluna bilər - MARAQLI TƏKLİF
Uşaqlar arasında internet oyun asılılığı ilə bağlı narahatlıqlar geniş yayılıb. Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qanunlar qəbul edilir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsin
15.03.2026 181