Əməkhaqları və pensiyaların nə qədər artacağı məlum oldu - AÇIQLAMA - VİDEO

Əməkhaqları və pensiyaların nə qədər artacağı məlum oldu - AÇIQLAMA - VİDEOPrezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.

Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.

"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar",- deyə Musa Quliyev qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7632   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti