Tanınmış jurnalist dünyasını dəyişdi

Tanınmış jurnalist dünyasını dəyişdiBu gün Azərbaycanın tanınmış jurnalisti Yolçu Xanvəli dünyasını dəyişib.

BiG.AZ "missiya.az"a istinadən xəbər verir ki, bu barədə onun oğlu Heydər Həsənli məlumat verib.

Jurnalist bir neçə gün əvvəl infarkt keçirmişdi. O, 5 Saylı Xəstəxanada müalicə olunurdu.

Yolçu Xanvəli 1963-cü ildə anadan olub. O, "Respublika" qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.

Qeyd edək ki, Yolçu Xanvəlinin oğlu Heydər Həsənli Missiya TV-nin texniki direktorudur.

Tanınmış jurnalist dünyasını dəyişdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2328   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti