Baş ağrısını aradan qaldıran qidalar
Baş ağrısı bir neçə saat və ya gün davam edə bilər. Bu səbəbdən gündəlik öhdəlikləri yerinə yetirmək çətinləşir. Hər zaman kimyəvi üsullara müraciət etmək isə asılılıq yarada bilər.
BiG.AZ Axşam.az-a istinadən baş ağrısını sonlandıran qidaları təqdim edir.
1. Göyərtilər
Miqren xəstələrinin əksəriyyətində maqnezium səviyyəsi aşağıdır. Fol turşusu və B6 migren simptomlarını azaldır. Bu elementləri və digər iltihab əleyhinə antioksidanları ehtiva edən yaşıl göyətilər (ispanaq, kələm, brokoli)çatışmazlığı aradan qaldıraraq ağrıları azaldır.
2. Fındıq
Fındıq qan damarlarını rahatladaraq baş ağrısını sakitləşdirən maqnezium və E vitamini ilə zəngindir.
3. Yağlı balıqlar
Yağlı balıqların tərkibində miqren ağrılarını azaldan koenzim Q10, D vitamini, riboflavin (B2) də daxil olmaqla B vitamini var.
4. Meyvələr
Bəzi meyvələr maqnezium və kaliumla zəngindir. Tədqiqatlar kaliumun sinirlərin daha sağlam işləməsinə kömək edərək miqren ağrısını aradan qaldırmağa kömək edə biləcəyini göstərir. Banan kalium, maqnezium, B vitamini və baş ağrısını azaltmağa kömək edən kompleks karbohidratlarla zəngindir. Əgər baş ağrısı susuzluqdan qaynaqlanırsa, tərkibində su çox olan meyvələr baş ağrısı ilə mübarizədə sizə kömək olacaq.
5. Toxumlar
Küncüt, balqabaq, günəbaxan toxumunun tərkibində iltihabla mübarizə aparan omeqa-3 yağ turşuları var. Eyni zamanda qan damarlarının spazmlarının qarşısını almağa kömək edən əhəmiyyətli miqdarda maqnezium da ehtiva edir.
6. Taxıllı bitkilər
Arpa, qarabaşaq, bulqur, yulaf özündə karbohidratlar ehtiva edir və beyində qlikogen ehtiyatlarını artırmağa çalışır. Araşdırmalara görə, qadınlardakı dəmir çatışmazlığı ilə miqren arasında əlaqə var. Bu səbəbdən tərkibində E, B vitaminləri, dəmir, koenzim Q10, maqnezium və lif olan taxıllı bitkilər baş ağrılarını aradan qaldıra bilir.
7. Tərəvəzlər
Paxlalı bitkilər (mərcimək, lobya, noxud, noxud) qan şəkərinin səviyyəsini qoruyan zülal və lif, qan damarlarının daralmasını aradan qaldıran maqnezium və kalium ehtiva edir.
8. Acı bibər
Tərkibində beynin triqeminal sinir blokunu keyləşdirən və miqren ağrısını aradan qaldıran kapsaisin var. Bu da gərginliyi və digər baş ağrılarını aradan qaldıra bilər.
9. Kofein
Hər gün bir-iki fincan qəhvə baş ağrısını, xüsusən də kofein çatışmazlığından qaynaqlanan ağrıları aradan qaldırır. Qan damarlarını sıxaraq ağrıları azaldan kafein həddindən artıq qəbul edildikdə tam əksi reaksiya verə bilər.
10.Zəncəfil
Aparılan tibbi araşdırmalar zamanı zəncəfilin şiddətili baş ağrılarını əhəmiyyətli dərəcədə azaltdığı sübut olunub.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3011 Tarix: 17 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 665 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 505 Gözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10.10.2026 843 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 474 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 252 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 728 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 909 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 601 Çox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 396