Azərbaycanda DƏHŞƏT: Kişinin qollarını bağlayıb ülgüclə xəsarət yetirdilər

Azərbaycanda DƏHŞƏT: Kişinin qollarını bağlayıb ülgüclə xəsarət yetirdilərOktyabrın 15-də gecə saat 23:00 radələrində Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Cəngan kənd sakini Hikmət Məmmədovun küt və kəsici alətlərlə döyülmə nəticəsində aldığı ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatla əlaqədar aparılan araşdırmalarla H.Məmmədova xəsarət yetirən şəxslər və hadisənin səbəbi müəyyən edilib.

Belə ki, Cəngan kənd sakini Səxavət Məmmədov aralarında yaranmış münaqişə zəminində H.Məmmədovu cəzalandırmaq qərarına gəlir. O, bu məqsədlə həmyerliləri olan qohumları - həyat yoldaşının dayısı Ziyad Məmmədov, qayınları Kərim və Nəbi Quluyev qardaşları ilə birlikdə H.Məmmədovun iş yerinə gələrək onun qollarını bağlayıb ağac və kəsici alətlə (ülgüc) ona ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Yaralı iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən dörd nəfər saxlanılıb.

Faktla bağlı RPŞ-də CM-nin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 664   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş