Bakının mərkəzindəki ticarət obyektlərində baş verən yanğın söndürülüb

Bakının mərkəzindəki ticarət obyektlərində baş verən yanğın söndürülübBakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

10:35

"İlkin məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın zamanı 300 kvadrat metr ərazi yanıb".

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Əkbər Novruzov bildirib.

O, qeyd edib ki, yanğının söndürülməsinə 21 yanğınsöndürən maşın və 105 nəfər şəxsi heyət cəlb edilib:

"Ərazidə müxtəlif təyinatlı obyektlər yanıb. Hazırda ərazidə yanğının baş verilməsinin səbəbləri araşdırılır".

10:28

Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla bağlı metronun "Nəriman Nərimanov" stansiyasının bir çıxışı bağlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1036   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş