Həcc və Ümrə ziyarətlərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Həcc və Ümrə ziyarətlərinə getmək istəyənlərə ŞAD XƏBƏRMəkkədəki Kəbə və Mədinədəki Peyğəmbər məscidi artıq tam tutumuna uyğun olan sayda ziyarətçiləri qəbul edə biləcək. Müqəddəs ziyarətgahlara yalnız vaksinasiyasını tamamlayan şəxslər buraxılacaq.

Səudiyyə Ərəbistanında oktyabrın 17-dən etibarən COVID tədbirləri yumşaldılır.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, küçədə maska taxmaq məcburiyyəti, habelə iaşə obyektlərinin müştəri, dini ibadətgahların ziyarətçi məhdudiyyətləri aradan qaldırılır.

Qeyd edək ki, qapalı məkanlar üçün maska rejimi hələ bir müddət də saxlanılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş