"WhatsApp"da bunları etsəniz hesabınız silinəcək

"WhatsApp"da bunları etsəniz hesabınız silinəcək"WhatsApp" istifadəçilərinə pis davranışlarına görə müvəqqəti cəzalar vermir. Bəzi hallarda istifadəçi "WhatsApp"dan tamamilə silinə bilər. Bəs, "WhatsApp"dan qovulmağınıza səbəb olacaq davranışlar hansılardır?

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, pulsuz olsa da, "WhatsApp"dan da qovulmaq riski var. "WhatsApp"ın tətbiqdən kimin istifadə edə biləcəyi ilə bağlı ciddi qaydaları var. Bu qaydalardan birini belə pozsan, "WhatsApp"dan qovulacaqsan.

Hesabı dayandırılan şəxs "WhatsApp" ekranında tətbiqdən istifadə edə bilməyəcəyi vaxtı göstərən mesajla qarşılaşır. Göstərilən minimum müddət 24 saatdır. Başqa sözlə, cəzalandırılan şəxs "WhatsApp"dan ən azı 1 gün istifadə edə bilməz. Bununla yanaşı, bəzən "WhatsApp"ın daimi cəzalar verməsi də məlumdur.

"WhatsApp"dan qovulmanıza səbəb olacaq hallar bunlardır:

1. Avtomatik mesajların göndərilməsi

2. "SPAM" mesajları göndərməyiniz

3. "WhatsApp"ın qeyri -rəsmi versiyasından istifadə etməniz

4. Qanunsuz mənbədən gələn telefon nömrəsindən istifadə

5. Çox adamı bloklamaq

6. Qısa müddətdə bir çox mesaj göndərmək

7. Qanunsuz mesajlar göndərmək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10125   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Ustalar.az ustalar sayti