MTRŞ sədri: "Reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil"

MTRŞ sədri: "Reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun "Report"a müsahibəsi.

- Uzun illər boyu mətbuatda və ekspert səviyyəsində Azərbaycanda televiziya reytinqlərinin ölçülməsinin keyfiyyətsizliyi problem kimi qaldırılırdı. Bir neçə gün öncə MTRŞ bu istiqamətdə işlərə başlanıldığını bəyan etdi. Yaxın gələcəkdə televiziya sahəsində nələrin gözləndiyi barədə ətraflı danışa bilərsinizmi?

- Həqiqətən də, Azərbaycanın televiziya sahəsində elə bir hadisə baş verdi ki, onun vacibliyini qiymətləndirmək çox çətindir. Söhbət televiziya reytinqlərinin ölçülməsi üzrə müasir sistemin işə salınmasından gedir. MTRŞ televiziya reytinqlərinin keyfiyyətsiz ölçülməsi problemini dəfələrlə qaldırıb. Açıq danışsaq, reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil. Bu, aksiomadır. İnkişaf etmiş televiziyaya malik ölkələrin siyahısına baxmaq kifayətdir ki, həmin ölkələrdə reytinq ölçülməsinin necə aparıldığını görək. Bu olmadan ayrıca maraqlı kanal və ya veriliş ərsəyə gətirə bilərsiniz, amma bunsuz televiziya sənayesini qurmaq mümkün deyil. Doğrudur, necə keyfiyyətli olmasından asılı olmayaraq, təkcə ölçü aparmaqla telekanalların səviyyəsini bir saatın içində qaldırmaq mümkün deyil, lakin başa düşməliyik ki, auditoriyanın davranışının dəqiq təhlili müasir televiziyanın mövcudluğunun fundamental təməlidir. Əgər biz cəmiyyətin tələblərinə cavab verən tam müasir televiziya yaratmaq istəyiriksə - cənab Prezident tərəfindən də qarşımıza məhz belə bir vəzifə qoyulub - buna gedən yol ilkin vəziyyətin düzgün diaqnoz edilməsindən keçir.

- Reytinq ölçülməsi niyə bu qədər gərəklidir? Məsələn, sovet dövründə televiziya kifayət qədər inkişaf etmişdi, gözəl verilişlər çəkilirdi və heç bir reytinqə də ehtiyac yox idi.

- SSRİ-də reytinq ona görə lazım deyildi ki, nə telekanallar arasında rəqabət, nə də televiziya ilə digər KİV arasında rəqabət var idi. Dövlət televiziyaya böyük vəsait ayırırdı, bunun hesabına da əsasən keyfiyyətli kontent çəkilirdi, lakin bu zaman kontent yaradanı demək olar ki, tamaşaçı auditoriyasının miqyası maraqlandırmırdı, çünki onsuz da auditoriyanın TV-dən başqa alternativi yox idi. Düzdür, 1980-ci illərin sonlarında sovet televiziyası işçilərinin reytinqləri ölçmək cəhdləri olmuşdu. Daha çox redaksiyaya daxil olan məktub sayı və hətta əhalinin elektrik enerjisi sərfiyyatının təhlili hesabına həyata keçirilən bu reytinq ölçülməsi cəhdləri həvəskar xarakter daşıyırdı. Qərbdə isə televiziya tam fərqli yolla irəliləyirdi. Telekanallar bir-birilə rəqabət aparır, tamaşaçı marağı uğrunda mübarizə aparır və müvafiq olaraq da reytinq ölçülməsi sahəsi peşəkar səviyyəyə yüksəlirdi. İndi bu rəqabət daha da kəskinləşib, belə ki, artıq telekanallar təkcə öz rəqibləri ilə maraq uğrunda mübarizə aparmır, həm də öz tamaşaçısının marağına çox yaxşı bələd olan "Youtube" kimi videoplatformalarla rəqabət aparmalı olur. Sadə bir sual: bir halda ki telakanallar tamaşaçılarını saya bilmirlər, onlar tamaşaçı marağı uğrunda necə rəqabət aparsınlar? Digər telekanallarla deyil, videoplatformalarla auditoriya uğrunda necə mübarizə aparsınlar? Aydındır ki, öz tamaşaçısını tanımadan savadlı proqram siyasəti qurmaq mümkün deyil.

- Lakin telekanalların reytinq xatirinə "plankanı aşağı salmaları" ilə bağlı da narahatlıq var.

- Bu gün Azərbaycanda "televiziya plankası"nın gəlirini orta səviyyədən az olan 150 ailə müəyyənləşdirir. Bu niyə baş verdi? - Ölkədə televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır və hətta ilk vaxtlarda bu sistemin keyfiyyəti bir o qədər də yüksək deyildi. 2016-cı ildən başlayaraq, sırf texniki səbəblərdən yerli reytinq ölçülməsi beynəlxalq standartlara cavab verməməyə başladı. Bununla belə, bütün kommersiya telekanalları məhz həmin 150 ailənin tələbinə cavab vermək məcburiyyətindədir. Xoşbəxtlikdən, gələn ilin noyabrından etibarən bütün Azərbaycan telekanalları daha çox ailənin nəyə üstünlük verməsi barədə xəbərdar olacaq və bu ailələrdə müxtəlif gəlir və təhsilsəviyyəsinə malik, müxtəlif yerlərdə yaşayan əhalinin bütün təbəqələri təmsil olunacaqlar.

- Bu ölçmələri kim və necə həyata keçirəcək? Bu işdə neçə ailə iştirak edəcək?

- Ölçmə bu sənayenin dünya üzrə lideri – Böyük Britaniyanın "Kantar Media" şirkətinin texnologiyası üzrə aparılacaq. Yerli əməliyyat fəaliyyətini "Kantar Media"nın nəzarəti altında MARSA (Media Audience Research System of Azerbaijan) şirkəti həyata keçirəcək. Yerli ölçmə operatorunun idarəçiliyini də Böyük Britaniyanın "Pure X Media" şirkətini təmsil edən teleölçmələr sənayesi üzrə ekspertlər həyata keçirəcəklər. Bu ekspertlərin həm müxtəlif Avropa ölkələrində, həm də "Kantar" və"Ipsos" kimi şirkətlərdə iş təcrübəsi var. Ailə sayına gəlincə, hazırda 500 ilə başlamaq planlaşdırılır, lakin bu sayı 1000-ə çatdırmağa ümid edirik. Bu, çox böyük bir göstəricidir. Sayı 1000-ə çatdıra bilsək, Azərbaycan əhalinin ölçmə aparılan ailə sayına olan nisbətinə görə ən yüksək göstəricilərdən birinə malik olacaq və bu baxımdan, Rusiya, Türkiyə, Almaniya və ya Böyük Britaniya kimi ölkələri arxada qoyacaq.

- Bununla belə, yenə də elə şəxslər tapılacaq ki, hansısa 1000 ailənin 10 milyonun nəyə baxdığını müəyyən edə bilməyəcəyini desin.

- Əlbəttə ki, belə insanlar da, belə fikirlər də olacaq. Amma bilirsiniz, hələ də dünyada çox sayda insan var ki, səmimi qəlbdən Yer kürəsinin müstəvi şəklində olduğunu düşünür. Bu, həmin insanlardır ki, hətta hər bir ailədə ölçü cihazı (peoplemeter) quraşdırılsa belə, reytinqlərin reallığı əks etdirmədiyini və bütün dünyanın əlbir olmasının nəticəsi olduğunu deyəcəklər. Lakin reallıq budur ki, Yer kürə şəklindədir, Azərbaycan isə 2022-ci ilin payızından etibarən çox dəqiq, maksimum şəffaf və qabaqcıl beynəlxalq standartlara cavab verən dataya malik olacaq. Bundan əlavə, bizdə bəlkə də dünyada ilk dəfə olaraq, ultramüasir "Kantar" "peoplemeter"lər quraşdırılacaq. Digər, hətta ən inkişaf etmiş ölkələrdə belə, hələ də əvvəlki nəsil cihazlardan istifadə edilir və onlarda yenilənmə işləri hələ gələcəkdə görüləcək.

- Telekanalların populyarlığını ənənəvi sorğular vasitəsilə həyata keçirmək olmazmı? Bəzən mətbuatda bu və ya digər sorğuların nəticələri paylaşılır, tez-tez onlayn səsvermələr keçirilir.

- Təxminən 50 il əvvəl, "peoplemeter" inkişaf etməmişdəm öncə gündəlik sorğular aparılırdı. Bu üsulun çatışmazlıqları göz qabağındadır və məhz bu çatışmazlıqlar aparat ölçmələrinin yaradılmasına səbəb olmuşdu. İnsanlar heç də hər zaman sualları səmimi cavablandırmırlar, bundan əlavə, təbii ki, normal insan gün ərzində nə vaxt hansı telekanala baxdığını, nə vaxt başqa kanala çevirdiyini və s. yadda saxlamayacaq. Müsahibdən fərqli olaraq, aparatı aldatmaq mümkün deyil – o, sadəcə mexaniki olaraq tamaşaçının nəyi seyr etdiyinin və digər nüansların qeydiyyatını aparır. Bu gün bu sahədə ənənəvi və ya onlayn sorğuların aparılmasının heç bir əhəmiyyəti yoxdur.

- 2022-ci ilin payızında ölçmələrə başlandıqdan sonra Azərbaycan televiziyasının necə dəyişəcəyini proqnozlaşdıra bilərsinizmi?

- Bu gün heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz. Amma indi heç kim ümumiyyətlə, deyə bilməz ki, yeni ölçmələr hansı nəticələri ortaya çıxaracaq və onların hazırkı nəticələrdən fərqi nə olacaq. Amma hansı rəqəmlərin əldə olunmasından asılı olmayaraq, əsas odur, bu, reallığı əks etdirəcək və mütəxəssislər arasında inamsızlıq yaratmayacaq, həmçinin reytinqlərlə hesablaşmamaq mümkün olmayacaq. Məlumatları toplamaq və təhlil etmək, tam mənzərəni əldə etmək üçün telekanallara bir neçə ay vaxt lazım olacaq. Bundan başqa, yeni ölçmələrin təsadüf edəcəyi televiziya mövsümünün (2022-2023-cü illər mövsümü) başlaması ilə telekanallar hər hansı radikal dəyişikliklər edə bilməyəcəklər. Lakin artıq 2023-cü ilin yayında telekanallar 2023-2024-cü illər mövsümünə yaxşı hazırlamaq üçün tamaşaçı zövqü ilə bağlı kifayət qədər məlumata malik olacaq. Hələki cavabı olmayan daha bir sual ondan ibarətdir ki, reklam bazarı tam ölçmənin nəticələrinə necə reaksiya verəcək? Digər ölkələrin təcrübəsi göstərir ki, dəqiq data reklam bazarında artıma səbəb olur, çox güman ki, bizim ölkəmizdə də elə olacaq. İnanmaq istərdik ki, bu artım 100% reklamdan asılı olan və maliyyə baxımından mürəkkəb hazırkı dövrdə çətinlik çəkən telekanallarda keyfiyyətli ölçməni təmin etmək üçün kifayət edəcək. Dəqiq ölçmə reklam bazarından az və ya ümumiyyətlə, asılı olmayan telekanallara fəaliyyətini optimallaşdırmağa, effektivliyini artırmağa imkan verəcək.

Göründüyü kimi, bu, uzun bir prosesdir və hətta istəsən belə, onu sürətləndirmək mümkün deyil. Ölçmə cihazının quraşdırılmasına 1 il vaxt lazımdır. İlkin məlumatların təhlili üçün daha 1 il 6-8 ay tələb olunacaq. Yeni televiziya mövsümünə hazırlaşmaq üçün standart 3 ay lazımdır. Nəticədə,bu gün haqqında danışdıqlarımızın effektini 2023-cü ilin payızında hiss etmək mümkün olacaq. Bununla belə, nəhayət ki biz bu işə başladıq. Fürsətdən istifadə edərək uzun illər boyu bu məsələni qaldıran, bütün mümkün platformalarda aktuallaşdıran mətbuat sahəsindəki bütün həmkarlarıma təşəkkür bildirmək, bu məsələnin həllində hərtərəfli dəstək göstərmiş ölkə rəhbərliyinə onların adından minnətdarlıq ifadə etmək istəyirəm.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.