"Riyad" Şirkətlər Qrupunun rəhbəri həbs edildi

"Riyad" Şirkətlər Qrupunun rəhbəri həbs edildi"Riyad" Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb.

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna "Riyad" Ticarət Mərkəzi, "Riyad" Mühafizə xidməti, "Azinteroil" MMC və digər şirkətlər daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1927   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar